Menu
Geri İrəli

Sumqayıt kimyaçıları 800-dən artıq ağac əkib

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Aprel 2014 • Baxış sayı: 464 dəfə • Şərh yoxdur
Share Button

aqac“Azərikimya” İstehsalat Birliyinin (İB) müəssisələrində növbəti iməcilik keçirilmişdir.
İməcilikdə İB-nin etilen-polietilen zavodunun, təmir-tikinti, nəqliyyat və xüsusi texnika idarələrinin və anbar təsərrüfatının 600-dən artıq işçisi iştirak etmişdir.
Birliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əsas qüvvələrini etilen-polietilen zavodunun “Polimir-120” istehsalı, azot-oksigen qurğusunun, qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanması sexlərinin ərazilərindəki yaşıllıq sahələrinin genişləndirilməsinə cəlb edən kimyaçılar iməcilik günündə 800-dən artıq ağac əkmişlər.
Birliyin müəssisə və idarələrinin daxili ərazilərində, sənaye zonasının Səməd Vurğun küçəsi boyunca vaxtilə əkilmiş ağaclara da aqrotexniki qulluq göstərilmiş və ərazilərdə təmizlik-abadlıq işləri aparılmışdır.
Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllığın artırılmasına xidmət edən iməciliklərin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın