Menu
Geri İrəli

Sumqayıt kimyaçıları iməcilik keçirmişlər

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2010 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur

Sumqayıt, 30 oktyabr (AzərTAc). Oktyabrın 30-da ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin təxminən 2 min əməkdaşı Bakı-Quba yolunun 28-ci kilometrində iməcilik keçirmişdir. Kimyaçılar 5500-ə yaxın müxtəlif ağac əkmişlər. Tədbirdə gənc ekoloqlar və “Azərikimya” İstehsalat Birliyinin rəhbərliyi də iştirak etmişdir.
İməcilikdə çinar, gilas, xurma, söyüd, zeytun və digər ağaclar əkilmişdir. Bir qədər əvvəl magistralın qarşı tərəfində yaşıl zolaq salınmışdı. İştirakçılar aqrotexniki tədbirlər də həyata keçirmişlər.
Sumqayıt kimyaçıları ilin sonunadək 35 min ağac əkməyi planlaşdırırlar. Ümumilikdə proqramda 75 min müxtəlif ağac əkmək nəzərdə tutulmuşdur.
“Azərikimya” İstehsalat Birliyi ekoloji vəziyyətin sağlamlaşdırılmasına dair kompleks proqram işləyib hazırlamışdır. İstehsalat Birliyinin baş ofisi və digər qurumları Sumqayıtda yerləşir. Bununla əlaqədar, həm şəhərdə, həm də sənaye zonasında ətraf mühitin mühafizəsi ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Proqram Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Ekologiya İli çərçivəsində həyata keçirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın