Menu
Geri İrəli

Sumqayıt kitabxanalarına ingilis dilli kitablar hədiyyə olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Avqust 2010 • Baxış sayı: 328 dəfə • 3 şərh

ABŞ-ın Azərbaycandakı Səfirliyi Sumqayıt şəhərinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminə ingilis dilində müxtəlif kitablar hədiyyə edib.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarovun verdiyi məlumata əsasən kitablar bir neçə gün əvvəl ABŞ Səfirliyinin ictimai diplomatiya üzrə nümayəndəsi B.Mayer ilə görüş zamanı əldə edilmiş razılıq əsasında verilib. İdarə rəisi ingilis dilində izahlı lüğətlərdən, ədəbi əsərlərdən, amerikan müəlliflərin Azərbaycan dilinə tərcümə olunmuş roman və hekayələrindən ibarət olan kitabların Sumqayıt şəhərinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanalara paylanacağını bildirib. Görüşdə həmçinin ABŞ Səfirliyi ilə Sumqayıtın mədəniyyət müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, bu sahədə səylərin gücləndiriləcəyi qeyd olunub.

Facebook Şərhləndirmə:

“Sumqayıt kitabxanalarına ingilis dilli kitablar hədiyyə olunub” yazısına 3 cavab

  1. Nurlan deyir:

    Goren bu kitablar eve verilir yoxsa ancaq kitabxanada istifade elemek mumkundur?????

  2. Nurane deyir:

    Kitabxanacilarimiz xesislik etmeyib bu kitablari oxuculara verseler ela olar.Cunki ekser kitabxanalarda teze nesrler oxucuya verilmir ki cirilar,kohneler.Her halda kitabxana muzey deyil.Ona gore de oxuculara bu kitablari da vermek lazimdir

  3. Bahar deyir:

    Azerbaycan dilinde oxuyub qurtardilar,qaldi ingilis dili

Şərhinizi yazın