Menu
Geri İrəli

Sumqayıt komandası “Xəmsə” milli intellektual oyununda ikinci yeri tutdu

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2014 • Baxış sayı: 454 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba Rayon Gənclər Mərkəzində gənclər arasında “Xəmsə” milli intellektual oyunu üzrə VII Azərbaycan çempionatının final mərhələsi keçirilmişdir.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AzərTAc-a bildirmişlər ki, final mərhələsində yarışın Əsasnaməsinə uyğun olaraq zona mərhələlərində qalib olan 32 komanda iştirak etmişdir.
Final oyunlarında Sumqayıt şəhərini “Avengers” və “We have a Dream” komandaları təmsil etmişdir.
Gərgin mübarizə şəraitində keçən oyunda birinci yeri Kürdəmir, ikinci yeri Sumqayıtın “We have a Dream” və üçüncü yeri isə Bakı şəhərinin komandaları tutmuşlar.
Qalib komandalar Gənclər və İdman Nazirliyinin diplomları, kubokları və hədiyyələri ilə təltif edilmişlər.

xemse-mio

Facebook Şərhləndirmə:

Şərhinizi yazın