Menu
Geri İrəli

Sumqayıt məktəblərində “Şagird-məzun” sistemindən istifadə qaydaları öyrədilir

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2013 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər təhsil şöbəsində 2013/2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri, təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı üzrə Sumqayıt şəhəri və Xızı rayonu təhsil şöbələri, ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinin iştirakı ilə seminar keçirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən (TQDK) Salamnews-a verilən məlumata görə, seminarda ümumtəhsil məktəblərində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin təşkili sektorunun əməkdaşları tərəfindən təqvim planı üzrə yerinə yetiriləcək işlər və “Şagird-məzun” sistemindən istifadə qaydaları haqqında ətraflı məlumat verilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın