Menu
Geri İrəli

Sumqayıt məktəbliləri arasında keçirilən kimya olimpiadasına yekun vurulub

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Aprel 2011 • Baxış sayı: 258 dəfə • 1 şərh

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Beynəlxalq kimya ili” çərçivəsində Sumqayıt şəhər məktəbliləri arasında keçirilən kimya olimpiadasına yekun vurulmuşdur. Şəhərin 33 məktəbindən 150-dən artıq şagirdin iştirak etdiyi olimpiada iki aya qədər davam etmişdir. Fənn olimpiadasının nəticələri nüfuzlu münsiflər heyəti tərəfindən diqqətlə araşdırılmış və qaliblər müəyyən edilmişdir. Üç mükafata layiq yerin hər biri üzrə 7 nəfər məktəbli qalib elan olunmuşdur. Daha 4 nəfər gənc kimyaçı isə həvəsləndirici mükafatlara layiq görülmüşdür. Qaliblərə “Azərikimya” İB-nin diplomları və qiymətli hədiyyələri təqdim olunmuşdur. “Azərikimya” İstehsalat Birliyində məktəblilərlə keçirilmiş görüşdə Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək olimpiadanın qaliblərini təbrik etmiş, onlara yeni uğurlar arzulamışdır. Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vidadi Bağırov, şəhər Gənclər və Idman Baş İdarəsinin rəisi Musa Həsənov, tanınmış kimyaçı alim, professor Mustafa Salahov, həmçinin məktəb direktorları çıxış edərək, kimya elminin təbliği və inkişafına göstərilən diqqət və qayğıya görə “Azərikimya” İB-nin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Facebook Şərhləndirmə:

“Sumqayıt məktəbliləri arasında keçirilən kimya olimpiadasına yekun vurulub” yazısına bir cavab

  1. sumqayitli deyir:

    NIYE BERBAD VEZIYYETDE TIKILEN MEKTEB FORMALARININDAN HEC KIM DANISHMIR ???
    BU GUN SUMQAYITDA O FORMALARIN TEMIRINDEN IMKANI OLANLAR ISE YENISINI (HEMIN FORMALARA OXSATMAQLA) SIFARISH ETDIKLERINDEN DERZI ATELYELERINDE “BASH QASHIMAGA” VAXT YOXDU. HELE FORMA ALARKEN MAGAZA QARSHISINDAKI NOVBELER….. SATICININ CAMAATLA KOBUD REFTARI SANKI HAVAYI VE GOZEL BIR KOSTYUM HEDIYYE EDIRMISHLER KIMI…
    YENI SHEHERDE SOKUNTU-TIKINTI VARSA DIGER ISHLER BELE OLMALIDI??

Şərhinizi yazın