Menu
Geri İrəli

Sumqayıt məktəbliləri üçün tibbi sağlamlıq üzrə açıq dərs keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2010 • Baxış sayı: 259 dəfə • 1 şərh

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin və Sumqayıt şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə orta məktəb şagirdləri üçün tibbi sağlamlıq üzrə açıq dərs keçirilmişdir. Məktəblilər arasında tibbi maarifləndirmə işini gücləndirmək məqsədi daşıyan bu layihənin silsilə şəklində davam etdirilməsi və dərslərə Sumqayıtın bütün məktəblilərinin cəlb olunması nəzərdə tutulmuşdur. Yüzdən artıq Sumqayıt məktəblisinin iştirak etdiyi və iki saatdan artıq davam edən ilk məşğələ zamanı şagirdlərə sağlamlığın qorunması üçün görülməli olan mühüm profilaktik tədbirlər, mümkün təbii fəlakətlər, fövqəladə hadisələr zamanı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, hərbi şəraitdə və ya sadəcə məişətdə ilkin ixtisaslı tibbi yardımın göstərilməsi, tibbi preparatlar və onlardan istifadı qaydaları və s. haqqında geniş məlumat verilmişdir. Məktəblilərin və «Kimyaçı» Mədəniyyət sarayının tibb kursu dinləyicilərinin iştirakı ilə ilkin tibbi yardımın göstərilməsi, qan təzyiqinin ölçülməsi, nəfəs tutulmalarının qarşısının alınması kimi hallarla bağlı əyani məşqlər aparılmış, tibbi yardım üsullarının daha yaxşı yadda qalması üçün müxtəlif kiçik səhnəciklər nümayiş etdirilmişdir.

Facebook Şərhləndirmə:

“Sumqayıt məktəbliləri üçün tibbi sağlamlıq üzrə açıq dərs keçirilib” yazısına bir cavab

Şərhinizi yazın