Menu
Geri İrəli

“Sumqayıt” məşqlərə oktyabrın 12-də start verəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2012 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur
“Sumqayıt” istirahətə buraxılıb. Sportal.azklubun rəsmi saytına istinadən xəbər verir ki, Bernhard Raabın komandası oktyabrın 12-dən etibarən məşqlərə başlayacaq. Komanda gün ərzində 2 dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq edəcək.
Qeyd edək ki, “Sumqayıt” Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində, oktyabrın 21-də doğma azarkeşləri qarşısında “Rəvan”ı qəbul edəcək.
“Sumqayıt”ın əvəzedici komandası isə bu gündən etibarən hazırlıqlara başlayıb. Vaqif Paşayevin yetirmələri Mazasır qəsəbəsində yerləşən “Əlincə” stadionunda hazırlaşır.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın