Menu
Geri İrəli

Sumqayıt məktəbləri yeni dərs ilinə hazır deyil?-FOTOLAR+VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2014 • Baxış sayı: 663 dəfə • Şərh yoxdur

1129Yeni tədris ilinin başlanmasına saylı günlər qalmasına baxmayaraq, Sumqayıtda bəzi məktəblər hələ də bərbad vəziyyətdədir. Xəbər verdiyimiz kimi, mart ayında baş vermiş güclü külək Sumqayıtda yerləşən 34 saylı məktəbin damının uçması ilə nəticələnib. Amma indiyə kimi bu problem öz həllini tapmayıb. Məktəbin belə vəziyyətdə olması, təbii ki, şagirdlərin həyatı üçün təhlükəlidir və orada dərslərin başlanması qeyri-mümkündür.

Həmçinin çəkdiyimiz fotolardan da göründüyü kimi məktəb ərazisi zibil və məişət tullantıları ilə doludur. Hətta ərazidə şifer qırıqları və heyvan sümükləri də var. Ölkəmizdə təhsilə bu qədər diqqət edilən bir vaxtda Sumqayıtda belə halların olması heç cür başa düşülən deyil.

Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq. Birlik.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın