Menu
Geri İrəli

Sumqayıt məktəblərindən hansı liderdi?

Müəllif: Sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2015 • Baxış sayı: 1,353 dəfə • 6 şərh
Share Button

imtahan-esasSumqayitxeber.com 2015-ci ildə keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan şagirdlərin məktəblər üzrə rəsmi statistikasını təqdim edir və növbəti il üçün məktəblərə və şagirdlərə daha yüksək ballar arzu edir.. Belə ki, bu ilki qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan şagirdlərin əksəriyyəti  Texniki və təbiət elmləri liseyi və Təbiət elmələri təmayüllü gimnaziyanın məzunlarıdır. Siyahıya liderlik edən TETL dən 23 nəfər, TETG-dən isə 19 nəfər 600-dən yüksək bal toplayaraq tələbə adını qazanıblar.Onlar arasında 650-dən çox bal toplayan 9 nəfər TETG, 6 nəfər isə TETL məzunudur .Neçə illərdir ki, qəbul imtahanlarının nəticələrinə görə bu məktəblər hər zaman ən ön sıralarda olmuşdur. Məktəb direktorlarına, müəllimlərinə və bütün işçi kollektivinə sumqayitxeber.com olaraq bu il də eyni sürətlə davam etmələrini arzu edirik.

600-dən yuxarı bal toplayan şagirdlərin sayına görə ilk üçlüyü İstedad liseyi tamamlayır. Bu məktəbdə 6 nəfər 6-dən yüksək bal yığıb.Siyahının ardını isə statistikaya uygun paylaşırıq

14 nömrəli məktəb – 6 nəfər ( onlardan 1-i 650+)

21 nömrəli məktəb – 5 nəfər (onlardan 1-i 650+)

1 nömrəli məktəb – 4 nəfər (onlardan 2-si 650+)

4 nömrəli məktəb – 4 nəfər

15 nömrəli məktəb –4 nəfər (onlardan 1-i 650+)

16 nömrəli məktəb –4 nəfər

28 nömrəli məktəb – 4 nəfər (onlardan 2-si 650+)

31 nömrəli məktəb – 4 nəfər (onlardan 3-u 650+)

38 nömrəli məktəb –4 nəfər

11 nömrəli məktəb –3 nəfər

22 nömrəli məktəb – 3 nəfər (onlardan 2-si 650+)

24 nömrəli məktəb – 3 nəfər (onlardan 2-si 650+)

26 nömrəli məktəb – 3 nəfər

27 nömrəli məktəb – 3 nəfər

29 nömrəli məktəb –3 nəfər ( onlardan 1-i 650+)

30 nömrəli məktəb –3 nəfər (onlardan 2-si 650+)

33 nömrəli məktəb – 3 nəfər

3 nömrəli məktəb – 2 nəfər(onlardan 1-i 650+)

6 nömrəli məktəb – 2 nəfər(onlardan 1-i 650+)

10 nömrəli məktəb – 2 nəfər

43 nömrəli məktəb – 2 nəfər

Təfəkkür liseyi  – 2 nəfər

2 nömrəli məktəb – 1 nəfər

8 nömrəli məktəb – 1 nəfər

13 nömrəli məktəb – 1 nəfər

17 nömrəli məktəb – 1 nəfər

18 nömrəli məktəb – 1 nəfər

19 nömrəli məktəb – 1 nəfər

23 nömrəli məktəb – 1 nəfər

32 nömrəli məktəb – 1 nəfər

34 nömrəli məktəb – 1 nəfər

36 nömrəli məktəb – 1 nəfər

39 nömrəli məktəb – 1 nəfər

41 nömrəli məktəb – 1 nəfər

Hazırladı: Sevinc Salehqızı

 

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt məktəblərindən hansı liderdi?” yazısına 6 cavab

  1. Solmaz Cahangirova deyir:

    Əgər Sumqayıt məktəbliləti msrtdan iyuna qədər sncaq şəhərdə Eldar Əzizovun təşkil dxəcəyi tədbirlərə yönəli dərsdən yayındırılmasaydı, 34 nömrəli məktəbin göstəriciləri çox yüksək olardı.Hamıya məlumdur ki, 13 mikrorayon çox kriminal tərkibli mühitə malikdir.Məhəllə məktəbləri elit təbəqənin ailələrin uşaqları üçündür.Kimya zavodlarının fəhlələrinə verilən mənzillər və ailələr burada yerləşir.Ailələrin sosial vəziyyəti, tərbiyə mühiti çox aşağıdır.Gəlin belə bir eksperiment edin.Qabaqcıl məktəblərdən bitinin direktorunu 34 nömrəli məktəbə təyin edin.Özünüz şahid olarsınız ki, ağlı başında olan heç bir direktor məktəbini qoyub bura gəlməz.Vətəndaşlıq borcu kimi boynuna bu vəzifə qoyulsa, ya psixoloji əsəb didpanserinə müalicəyə gedər, ya da ərizə yazıb vəzifədən imtina edər.Vallah, hələ şükür ki, bu məktəbdə çox dəyişiklik və inkişaf var,sadəcə dayaq olun.

  2. Əli Turanov deyir:

    Əgər məktəb direktorları təkcə pul yığmaqlq yox,həmdə dərsin keyfiyəti ilə maraqlansalar 600-ü keçən şagirdlərin sayı dahada çox olar. Kimin imkanı varsa müəllim tutur uşağına və o yolla uşaqlar insitutlara qəbul olurlar.İmkanı olmayan istedadlı uşaqlar isə arada qalırlar.Çünki məktəmlərdə dərs keçilmir.Şəhər təhsil şöbəsi(çox şükürlər olsun atdılar bayıra) ancaq pul yığmaqla məşğul idi. Direktorlarda məktəbi aşıq bazara çeviriblər.Məsələn 24 saylı məktəbin yeni direktoru.Yoldaşı prezident aparatında işləyir.Heç kimi saymır. Onun qiyməti belədir: 1-ci sinifə qəbul-30-50 AZN,;müəllimə işdən icazə1-gün -5-10 AZN; Şagirdlərə arayış- 1-3 AZN; və sairə. Hələ Rüxsarənin və Ofelya Babayevanın və keçmiş Vaqifin sevimli yerliləri olan direktorların çıxardıqları oyunlardan xəbəriniz var??? Ümüd edəkki təzə başçı bu işlərə son qoyacaq.Uşaqlar parada yox.dərsə hazırlaşacaqlar. Əzizov məktəbləri hərbi hissəyə çevirmişdi.

  3. Sevinc İsmayilova deyir:

    Mən bu məktəbə bu il birinci sinifə öz övladimi aparmişam və məndən heç kəs heçnə istəmiyib .Qonşularımızdanda bu məktəbdə işləyən müəllimlər var.Mən onlardan yeni gələn direktor haqqında neqativ hallar eşidməmişəm .Onlar yeni direktorlarından çox razidilar.Sevinirlər ki nəhayətki bizə belə bir insan gəldi .

  4. Sevinc İsmayilova deyir:

    Yəni mən 24 saylı məktəbin direktorundan danişıram .

  5. Səbinə Bayramova deyir:

    Mənimdə övladım 24 saylı məktəbdə hal hazirda ikinci sinifdə oxuyur .Demək istəyirəmki Əli Turanovun yazdıqları iftiradir və yalandir .Siz görsəydiniz bu məktəbin müəllimləri necə sevinirlər .Nəhayətki 5 illik təqqir , şantaj ,üzədurma ,torba tikmə ,söyüş və iftiralardan sonra 24 saylı orta məktəbə mədəni , savadlı ,müəllim və valideyinlərlə yaxşə rəftar etməyi bacaran yeni Direktor təyin edildi .Allaha min şükür ki,nadanlardan canımız qurtardı.

  6. Fərid Məmmədov deyir:

    Bu il mən 24 saylə məktəbə birinci sinifə öz övladımı apardım .Biz çox qısa vaxtda və asanlıqla övladımın sənədlərini təfil verdik .Əvvəki illərdə bu məktəbə qoyduğum övladımdan fərqli olaraq bu dəfə heç bir xərcim çıxmadı .Övladım təmənnasız məktəbə və istədiyim müəllimin sinifinə qəbul olundu .Allah razı olsun !

Şərhinizi yazın