Menu
Geri İrəli

Sumqayıt məktəbliləri “Bayraq yürüşü” edəcəklər

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2014 • Baxış sayı: 539 dəfə • Şərh yoxdur

bayraqNoyabrın 8-də saat 14.00-da Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirəcək.

Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, yürüşdə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ümumtəhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri, ali məktəblərin “SABAH” qruplarının və “Gələcəyin müəllimi təqaüdü” alan tələbələri iştirak edəcəklər.

“Bayraq yürüşü”nün Milli Parkın ərazisində saat qülləsinin yanından başlanması və Dövlət Bayrağı Meydanınadək keçirilməsi nəzərdə tutulur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın