Menu
Geri İrəli

Sumqayıt məktəbliləri birinci oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2015 • Baxış sayı: 453 dəfə • Şərh yoxdur
Share Button

mektebli3Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən məktəblilərarası respublika şahmat festivalı qaliblərinin mükafatlandırılması mərasimi olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, dörd yaş qrupu üzrə oğlan və qızlar arasında fərdi, eyni zamanda, komanda hesabında I, II və III yerlərin sahiblərinə kubok, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Komanda hesabında birinci yeri Sumqayıt şəhəri, ikinci yeri Ucar rayonu, üçüncü yeri isə Mingəçevir şəhərinin komandaları tutublar.

Yarışın birinci mərhələsi şahmat fənni tədris olunan pilot ümumtəhsil məktəbləri arasında keçirilib və rayon (şəhər) üzrə qalib şagirdlərdən ibarət yığma komandalar yaradılıb. Yarışlarda şahmat fənni tədris olunan 494 pilot məktəbdən üç mindən çox şagird iştirak edib. Final yarışında 400-dək şagird mübarizə aparıb.


Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın