Menu
Geri İrəli

Sumqayıt məktəbliləri finalda

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Aprel 2015 • Baxış sayı: 433 dəfə • Şərh yoxdur

mektebli sahinlerQuba-Xaçmaz zonası üzrə yarışda Sumqayıt şəhərinin, Quba, Qusar, Abşeron, Şabran, Siyəzən və Qubadlı rayonlarının ümumtəhsil məktəblərinin VIII və X sinif şagirdlərindən ibarət komandaları iştirak etmişdir. Sumqayıt şəhərini Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi ilə Təbiət Elmləri Təmayüllü Gimnaziyanın “Şahin”ləri təmsil edib.

Məktəblilər “sıra hazırlığı”, “darağa patronun doldurulması və boşaldılması”, “avtomatın sökülməsi və yığılması”, “tüfəngdən hədəfə atəş açmaq” və digər mərhələlər üzrə yarışıblar.

Gərgin mübarizədən sonra yarışın nəticələrinə əsasən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası I yerə layiq görülərək  “Şahin” hərbi-idman oyununun C.Naxçıvanski adına Hərbi Liseydə keçiriləcək Respublika finalında iştirak hüququ qazanıb.

Sonda qaliblərə Gənclər və İdman Nazirliyin fəxri fərmanları və kubokları təqdim edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın