Menu
Geri İrəli

Sumqayıt məktəbliləri mükafatlandırılıblar

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Aprel 2015 • Baxış sayı: 427 dəfə • Şərh yoxdur

1428909019322853844_750x500Sumqayıt Gənclər Evinin akt zalında müxtəlif müsabiqə və yarışların şəhər, zona mərhələlərində uğur qazanan məktəblilərlə görüş keçirilib. Tədbiri Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Təhsil Şöbəsi ilə birgə təşkil edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev son illər şəhər təhsilində gənclərin əldə etdikləri müvəffəqiyyətlərdən danışıb, bu uğurların dövlətin yeniyetmə və gənclərin inkişafı üçün yaratdığı əlverişli şərait nəticəsində qazanıldığını bildirib.

Sumqayıt Şəhər Təhsil Şöbəsi metodiki mərkəzinin direktoru, əməkdar müəllim Sabir Məmmədov inşa yazılarında Sumqayıt məktəblilərinin Ülu Öndərə və Azərbaycan dilinə məhəbbətinin, səmimi duyğularının tərənnüm olunduğunu xüsusi vurğulayıb.

Daha sonra mükafatlandırma mərasimi olub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr edilmiş inşa müsabiqələrində I, II, III yerləri tutan, fənn olimpiadalarının respublika mərhələsinə vəsiqə qazanan məktəblilərə Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları və hədiyyələr, həmçinin “Şahin” hərbi-idman oyununun şəhər birinciliyində I, II, III yerləri tutmuş komandalara fəxri fərmanları və kuboklar, fənn olimpiadalarının zona mərhələsində II və III yeri tutmuş məktəblilərə, 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm müsabiqəsinin qaliblərinə, məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərlərinə və rəsm müəllimlərinə Təhsil Şöbəsinin fəxri fərmanları təqdim edilib.

http://azertag.az/xeber/845917

Facebook Şərhləndirmə:

Şərhinizi yazın