Menu
Geri İrəli

Sumqayıt məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2015 • Baxış sayı: 781 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıtın və Abşeron rayonunun bir qrup məktəblisi noyabrın 16-da “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində start götürən növbəti maarifləndirici tur-aksiyaya qoşulublar.

AZƏRTAC xəbər verir ki, Sumqayıtdakı Heydər Əliyev Mərkəzinə toplaşan sumqayıtlı məktəblilər əvvəlcə burada Ümummilli Liderin büstü önünə tər güllər düzüblər.

Şəhər ümumtəhsil məktəblərinin 35 nəfər şagirdindən ibarət qrup İsmayıllı, Qəbələ, Şəki və Qobustan marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edəcək.

Yolasalma mərasimində iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev bildirib ki, məktəblilər tur-aksiyanın gedişatı ilə bağlı tam təlimatlandırılıblar. Məktəbliləri 4 müəllim və bir həkim müşayiət edir. Qeyd olunub ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ekskursiyaya yola düşən şagirdlərin əhval-ruhiyyəsi olduqca yüksək idi. Məktəblilər belə bir tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra tur-aksiya iştirakçıları avtobusla İsmayıllı şəhərinə yola düşüblər.

Elə həmin gün Abşeron rayonunda da tur-aksiya iştirakçılarının yolasalma mərasimi keçirilib. Layihə çərçivəsində rayon üzrə 40 şagird 4 gün ərzində İsmayıllı, Qəbələ, Şəki, Qobustan rayonları ilə tanış olacaq.

Abşeronlu məktəblilərin yolasalma mərasimi Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda təşkil edilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov şagirdlərə tur-aksiyanın məqsədi barədə məlumat verib, gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb.

Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Gəncə şəhərinə yola düşüblər.
144769648949226148_1000x669

14476964893513329300_1000x669

14476964894811735213_1000x669

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın