Menu
Geri İrəli

Sumqayıt məktəbliləri qədim Nizami yurdunda

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Avqust 2014 • Baxış sayı: 507 dəfə • Şərh yoxdur

yap_gence_180814_01Ölkəmizin tarixini, mədəniyyət və adət-ənənələrini, müstəqillik illərində əldə olunan nailiyyətləri dərindən öyrənmək məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan məktəblilərin digər bölgələrə ekskursiyaları çərçivəsində tur-aksiyaya qoşulan Sumqayıt və Xızı məktəbliləri avqustun 16-da Gəncəyə gəldilər.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində sumqayıtlı və xızılı sagirdlər ənənəvi olaraq Heydər Əliyev parkının girəcəyindəki Zəfər tağı qarşısında qarşılandılar. Bu nəhəng tikiliyə heyranlıqla baxan şagirdlərə məlumat verildi ki, eni 20, uzunluğu 50, hündürlüyü isə 36 metr olan Zəfər tağının sonuncu mərtəbəsinə qalxmaq üçün iki lift quraşdırılıb ki, buradan da bütün parkın mənzərəsini müşahidə etmək mümkündür.

Sonra şagirdlər Heydər Əliyev Mərkəzində oldular. Burada dahi rəhbərin abidəsi ziyarət edildikdən sonra mərkəzlə tanışlığa başlanıldı. Bildirildi ki, üç mərtəbədən ibarət olan bu möhtəşəm tikilinin ərazisi 4 min 500 kvadratmetrdir. Birinci mərtəbədə sərgi zalı, ikinci mərtəbədə Azərbaycan tarixini və Gəncənin müasir inkişafını əks etdirən ekspozisiya zalı, elektron kitabxana, üçüncü mərtəbədə köməkçi otaqlar, həmçinin 400 yerlik müşavirə zalı fəaliyyət göstərir.

Şagirdlər bütün bölmələrlə tanış olduqdan sonra mərkəzin qarşısında xatirə şəkli çəkdirdilər. Gəncə-Şəmkir-Göygöl marşrutu ilə tur-aksiyaya gələn Sumqayıt və Xızı məktəbliləri Gəncənin maddi-mədəni abidələri ilə tanış oldular. Eləcə də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı işlərlə də yaxından tanış olan məktəblilər açıq səma altında muzey kimi tanınan Cavad xan küçəsini gəzdilər, Nizami məqbərəsini ziyarət etdilər.

Ekskursiyamiz maraqlı və əyləncəli keçir

“Vətənimizin tarixinin və mədəniyyətinin daha dərindən öyrənilməsi məqsədilə həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etdiyimə görə özümü xoşbəxt sanıram”.

Bu sözləri Gəncə-Şəmkir-Göygöl marşrutu ilə ekskursiyada iştirak edən Xızı rayon məktəblisi, rayonun Fındığan kənd tam orta məktəbinin XI sinif şagirdi Könül Əliyeva söylədi və əlavə olaraq bildirdi: “Ölkəmizin indiki nəslinin nümayəndələri doğrudan da bəxtəvərdirlər. Çünki qədrimizi bilən, hərtərəfli inkişafımız üçün qayğı göstərən dövlət başçımız var. Elə bu aksiyanın təşkili buna bir daha sübutdur. Bir neçə gündür ki, respublikamızın qərb bölgəsindəyik. Gəncə ilə yaxından tanış olduqdan sonra Şəmkir və Göygöldə olduq. 4 gün ərzində demək olar ki, bu ərazilərin maddi-mədəniyyət abidələri, eləcə də müasir tikililəri ilə tanış olduq. Bütün bunlar isə bizim dünyagörüşümüzün zənginləşməsinə, ölkəmiz haqqında biliklərimizin artmasına müsbət təsir göstərir. Ona görə bu aksiyanın təşəbbüskarı olan ölkə başçımız İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın