Menu
Geri İrəli

Sumqayıt məktəbliləri «Yaşıl düşüncə» kubokunun sahibi oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2015 • Baxış sayı: 540 dəfə • Şərh yoxdur

“Sağlam Düşüncə” Gənclər Təşkilatı Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yaşıl düşüncə” ekoloji maarifləndirmə kampaniyası çərçivəsində Ekoloji mövzuda məktəblərarası Debat Natiqlik Turnirinə yekun vurdu.
8 dekabr 2015ci il tarixində Sumqayıt Gənclər Evində təşkil edilən Final mərhələsində Sumqayıt şəhəri 25 və 28 saylı orta məktəblərin komandaları “Ətraf mühitin qorunması üçün təbii resursların istifadəsi məhdudlaşdırılmalıdır.” mövzusunu müzakirə etdilər. Məktəblilər bu problemin mənfi və müsbət tərəflərini müzakirə etdilər. Oyunu idarə edən “Vətəndaş Cəmiyyətində Debat” İB-in hakimlərinin qərarına görə 25 saylı orta məktəbin komandası “Yaşıl Düşüncə” Kubokunun sahibi oldu. Bununla da “Sağlam Düşüncə” Gənclər Təşkilatı Şuranın maliyyə dəstəyi ilə 2015-ci il sentyabr-dekabr aylarında Sumqayıt şəhərində icra etdiyi ekoloji kampaniyaya yekun vurdu.
Qeyd edək ki, Kampaniyanın əsas məqsədi əhalinin ekoloji maarifləndirilməsini gücləndirmək, gənclər və yeniyetmələr arasında ekoloji məsuliyyətin formalaşdırılmasıdır. Layihə çərçivəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün gənclər və yeniyetmələr üçün ekoloji problemlər və onların həllində onların rolundan bəhs edən informasiya sessiyaları, ekoloji problemlərin müzakirəsi üçün məktəblilər arasında debat yarışları, Velosipedin nəqliyyat vasitəsi kimi təbliği üçün velo-yürüş, gənclər üçün ekoloji problemləri özündə əks etdirən bədii-sənədli filmlərin nümayişi və müzakirəsini təşkil edilmişdir. Eyni zamanda “Təbiət Dostları” Gənclər Təşkilatı, Sumqayıt şəhər Ekoloji tərbiyə və təcrübəçilik mərkəzi və Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsi “Yaşıl Düşüncə” ekoloji maarifləndirmə kampaniyasının tərəfdaşı qismində çıxış edirdi.
Kampaniyanın tərəfdaş qurumları və layihəyə cəlb edilmiş təhsil müəssisələri ilə birlikdə Sumqayıt şəhərində ekoloji maarifləndirmə faəliyyətinin davam etdirilməsi məqsədi ilə yeni fəaliyyət planının hazırlanması da təklif edildi.
Qeyd edək ki, “Sağlam Düşüncə” Gənclər Təşkilatı yarandığı gündən ekoloji maarifləndirməni əsas fəaliyyət istiqaməti kimi seçib və bir çox ekoloji layihələrin icraçısı və tərəfdaşı olub.

sumqayitxeber.com

12299397_912204592204827_2822672940535039832_n (1) 12345602_912203868871566_3336199096253370452_n (1) 12341593_912204865538133_1445203728918023388_n (1) 12316307_912204495538170_6011891399353819146_n 12341313_912204272204859_7089933925405448410_n

12308772_912203355538284_5012073315486741962_n 12310093_912204745538145_2220007979055192227_o

Facebook Şərhləndirmə:

Şərhinizi yazın