Menu
Geri İrəli

Sumqayıt məktəblilərinin kimya olimpiadası keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Mart 2014 • Baxış sayı: 348 dəfə • Şərh yoxdur

akif-alizadeAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Təhsil Nazirliyi ilə birgə Bakı və Sumqayıt məktəblilərinin kimya olimpiadasını keçirəcək. SİA-nın xəbərinə görə, olimpiada 2015-ci ildə məktəblilərin Kimya üzrə Dünya Olimpiadasının Azərbaycanda keçirilməsi ilə əlaqədar təşkil olunur. Bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub.

Akademiyanın prezidenti Akif Əlizadə çıxışı zamanı bildirib ki, əsas məqsəd məktəblilərin peşə seçimində qabiliyyətlərini stimullaşdırmaq, yaradıcılıq keyfiyyətlərini üzə çıxarmaq, intellektual inkişafını və professionalının səmərəli istiqamətləndirilməsini təmin etməkdir.

A. Əlizadənin sözlərinə görə, bu il martın 29-da akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda keçirilməsi nəzərdə tutulan olimpiadada Təhsil Nazirliyinin IX-X sinif şagirdləri üçün keçirmiş olduğu test imtahanlarında kifayət qədər bal toplayan şagirdlər iştirak edəcək: “Olimpiadanın xüsusi test bankları, onlardan istifadə və cavabları qiymətləndirmə proqramı münsiflər heyəti tərəfindən hazırlanacaq”.

İclasda olimpiadanın əsasnaməsi də təsdiq edilib. Sənədə görə, qaliblər AMEA-nın Fəxri fərmanı və hədiyyələri ilə mükafatlandırılacaqlar. Ən yüksək bal toplayan 10 nəfərdən ibarət komanda Neft-Kimya Prosesləri İnstitutunun bazasında Kimya üzrə Dünya Olimpiadası üçün hazırlıq proseslərinə cəlb ediləcək.

Samirə Abdullayeva

Facebook Şərhləndirmə:

Şərhinizi yazın