Menu
Geri İrəli

Sumqayıt müəllimləri küçədə qar təmizləyir ?

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Fevral 2014 • Baxış sayı: 2,625 dəfə • 4 şərh
Share Button

qar muellimSumqayıt müəllimləri şəhər küçələrində qarın təmizlənilməsi işinə cəlb edilib.

 “Axar.az” xəbər verir ki, bu barədə informasiya Feysbuk sosial şəbəkəsində paylaşılıb.

 Paylaşılan şəkildə bildirilir ki, Sumqayıt şəhər 39 saylı orta məktəbin müəllim heyəti 18-ci mikrorayonda yerləşən “Elmar” marketin qabağını buzdan təmizləyir.

 Məsələylə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan məsələ ilə bağlı heç bir məlumata sahib olmadıqlarını və məktəblərlə işləmədiklərini qeyd etdilər:

 “Yox, eşitməmişəm. İcra Hakimiyyəti məktəblərlə işləmir, texnikalarla işləyir”.

 Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələsgərov sosial şəbəkələrdə yayılan informasiyaların həqiqəti əks etdirmədiyini dedi:

 “Onlar müəllim kollektivi olmayıb. Bu haqda məlumatım yoxdur, bilmirəm. Müəllim kollektivi ora göndərilməyib. Biz müəllimləri qar təmizləmək adıyla şəhərdə heç yerə göndərməmişik. O məlumat yanlışdır. Biz ora adam göndərməmişik”.

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt müəllimləri küçədə qar təmizləyir ?” yazısına 4 cavab

  1. Afaq deyir:

    Təhsil Şöbəsinin müdiri Vaqif muellimin xeberi nece yoxduki, sekildeki qiz Tehsil sobesinin inspektorudur. Onda maraqli sual yaranir, is vaxti inspektorun orda ne iwi var??????Tebii ki o orda muellimlere nezaret edir….

  2. MəlahətmmmMəlahət deyir:

    şəkildəki kişi bizim - 39 N-li məktəbin zavxozumuzdur-Vaqif Nəciyev  ”Elmar”-in kruqunda iş başındadırsa deməli deyilənlər doğrudur…

  3. Xatirə Eyvazova deyir:

    Yalansa güllə dəysin gözünə. Gör necə də utanmır hələ deyir ki, müəllimlər deyildi eee. narahat olma Vaqif, bütün şəklişlər Təhsil Nazirliyinə göndərilib. utan eeee

  4. Elsad deyir:

    Xudayar Xelilov. Sizce adamlara elm oyreden muellimler tetilde de kanalizasiya temizlemelidir? 
    * hecelmasa*
    *temizdesinler* 
    *savet*
    *deyiller* )))

Şərhinizi yazın