Menu
Geri İrəli

Sumqayıt müsavatçılarının iddiasına baxıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2012 • Baxış sayı: 165 dəfə • Şərh yoxdur

Sentyabrın 3-də  2 saylı Bakı İnzibati İqtisad Məhkəməsində hakim Fərmayıl Zeynallının sədrliyi ilə Müsavatın Sumqayıt təşkilatının qərargahının qapadılması və müqavilə müddətinin uzadılmasına dair Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddiaya baxılıb.  Gunxeber.com-a bu barədə
Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas məlumat verib. İclasda partiyanın nümayəndəsi Ruslan Fətullazadə vəsatətlərlə çıxış edib. Məhkəmə prosesinin 4-cü iclasında da qərargahın kimin qərarı və ya göstərişi ilə möhürləndiyinə aydınlıq gətirmək mümkün olmayıb. Cavabdehin nümayəndəsi Komitənin praktikasında hansısa obyektin qapadılması halına rast gəlmədiyini bildirib və möhürlənmə prosesinə aydınlıq gətirilməsi üçün Sumqayıt şəhər Mənzil Təsərrüfatı İdarəsinin rəisi Təvəkkül Məmmədovun məhkəməyə dəvət olunmasını xahiş edib.

Fəxrəddin Abbas bu məsələnin siyasi sifariş olduğunu qeyd edib. Eyni zamanda Komitənin bu olayda bilavasitə iştitak edən 5 saylı ərazi idarəsinin keçmiş rəisi Ələkbər Məmmədovun da ifadə verməsini istəyib. Hər iki vəsatət təmin olunub. Məhkəmənin növbəti iclası sentyabrın 20-sinə saat 16:30 təyin edilib. Prosesdə Sumqayıt müsavatçıları ilə yanaşı Müsavat başqanının müşaviri Əhəd Məmmədli, Müsavatçı Qadınlar Birliyinin sədri Vəfa Cümşüdlü və Hüquq müdafiəçisi Lətafət Məlikova da iştirak ediblər.

Gunxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın