Menu
Geri İrəli

Sumqayıt Neftçinin futbolçusunu transfer etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Fevral 2012 • Baxış sayı: 170 dəfə • Şərh yoxdur

AFFA-nın təşkil etdiyi U-17 Liqasının ikinci dövrəsinə hazırlaşan “Sumqayıt” Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, Tağı Məmmədovun rəhbərlik etdiyi komanda 4 futbolçu ilə güclənib.

 “Neftçi PFK”dan Camal Məmmədov, “Rəvan”dan Tamerlan Səfərli, “Neftçi İSM”dən Vüsal Mailov və “Siyəzən”dən isə Elmar Ağarzayev bundan sonra “Sumqayıt”ın formasını geyinəcək.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın