Menu
Geri İrəli

Sumqayıt-Novxanı- Binəqədi avtomobil yolunun çəkilişi davam edir – Zakir Fərəcov görülən işlərlə tanış olub

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyul 2017 • Baxış sayı: 1,678 dəfə • 1 şərh

unnamed (26)

Sumqayıt-Novxanı- Binəqədi yolu yenidən qurulur.   Sumqayıt şəhərinin yol infrastrukturunun yeilənməsinin tərkib hissəsi olaraq hazırda  ”Sumqayıt-Novxanı- Binəqədi” yolunda əsaslı yenidənqurma işləri sürətlə davam edir.

14 km uzunluğunda olan Sumqayıt-Novxanı- Binəqədi avtomobil yolunun bir hissəsində işlər yekunlaşmaq üzrədir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mütəmadi olaraq Sumqayıt-Novxanı- Binəqədi avtomobil yolunda görülən işlərlə tanış olur. İş icraçılarına tapşırıq və tövsiyyələrini verir.

Şəhər rəhbəri görülən işlərlə bağlı növbəti dəfə ərazidə olub, tapşırıq və tövsiyyələrini verib.

Qeyd olunub ki, işlər qısa müddət ərzində yekunlaşacaq.

Qeyd edək ki,  Sumqayıt-Novxanı- Binəqədi avtomobil yolunda köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərədə yol yatağının bərkitmə işləri aparılır. Aidiyyəti qurumlar tərəfindən yeni su və kanalizasiya, kommunikasiya xətlərinin çəkilişi işləri aparılarır. Yol 12 metrə qədər genişləndirilib. Yol 2 gediş, 2 gəliş olmaqla, 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa, Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 m-dən 12.5 m-ə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi boruların quraşdırılması da nəzərdə tutulub.

Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılacaq, əhalinin gediş-gəlişi xeyli asanlaşacaq.

Onu da qeyd edək ki,  Sumqayıt Şəhər İcra Hakimiyyətində hazırlanan xüsusi proqram çərçivəsində mikrorayon və məhəllədaxili yollar, eləcə də təmirə ehtiyacı olan prospekt və küçələr də mərhələli şəkildə təmir olunur.
SUMQAYİTXEBER.COM təmir olunan avtomobil yolundan hazırlanmış foto reportajı təqdim edir:unnamed (10)
unnamed (11) unnamed (13) unnamed (14) unnamed (16) unnamed (19) unnamed (24) unnamed (28) unnamed (29) unnamed (31) unnamed (33) unnamed (34) unnamed (36) unnamed
unnamed (2)unnamed (3)unnamed (4)unnamed (5)unnamed (6)unnamed (7)unnamed (8)unnamed (9)

 

 

Facebook Şərhləndirmə:

“Sumqayıt-Novxanı- Binəqədi avtomobil yolunun çəkilişi davam edir – Zakir Fərəcov görülən işlərlə tanış olub” yazısına bir cavab

  1. niyazMocuxeli muellim deyir:

    Ozumuz kimi yollarimiz da gozellesir. Esq olsun Sebebkara ve Onun emellerine.Niyaz muellim.

Şərhinizi yazın