Menu
Geri İrəli

Sumqayıt olayı ilə bağlı son məlumat: 7 nəfər saxlanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Dekabr 2013 • Baxış sayı: 1,213 dəfə • Şərh yoxdur

Daxili İşlər Nazirliyi və Baş Prokurluğun mətbuat xidmərləri dekabrın 11-də Sumqayıtda baş vermiş olayla bağlı yeni məlumat yayıb. Lent.az-ın xəbərinə görə, məlumatda deyilir: “Dekabrın 11-də Sumqayıtda ektremist təmayüllü “Xəvarici”lərlə “Sələfi” təriqətinə mənsub bir qrup şəxs arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə maddi sübutlar götürülüb, bu ağır cinayətin iştirakçısı olan 7 nəfər saxlanılıb.

Aparılan araşdırmalarla bu ağır cinayət zamanı qumbaranın şəhər sakini Elşən Musayev tərəfindən atılması müəyyən olunub, onun evindən 1 avtomat silah, 32 ədəd patron və 2 patron darağı, hadisənin digər iştirakçıları – Zaur Paşayevin və Murad Məhərrəmovun yaşadıqları mənzillərdən 2 qumbara, 3 ov tüfəngi, 99 patron, qanunla qadağan olunmuş 58 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və xeyli sayda disklər aşkar edilib.

Həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirlərinin davamı olaraq, çinayətdə şübhəli bilinən daha üç nəfər – Sumqayıt şəhər sakinləri Elçin Mirzəyev, Tehruz Soltanov və Elman Məmmədli tutulub.

Onların yaşadıqları evlərə baxış zamanı isə “Revolver” markalı tapança, 1 süngü-bıçaq, 2 ov tüfəngi, 139 ədəd müxtəlif çaplı patron, 2 patron darağı, 1 əleyhqaz, qanunla qadağan olunmuş 100-dən çox dini ədəbiyyat və disklər götürülüb.

Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

DİN-Bina-lovhe

Facebook Şərhləndirmə:

Şərhinizi yazın