Menu
Geri İrəli

Sumqayıt Özəl Türk Liseyi də bağlanır

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyun 2014 • Baxış sayı: 3,258 dəfə • 8 şərh

liseyXəbər verdiyimiz kimi, ARDNŞ tərəfindən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib.

 Bununla bağlı ARDNŞ-nin yaydığı məlumatda “Araz” kurslarının bağlandığı dəqiqləşşəsə də, bağlanmış ümumtəhsil müəssisələrinin adları açıqlanmayıb.

“Qafqazinfo” Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin bağlanan 11 ümumtəhsil müəssisəsinin tam siyahısını təqdim edir:

Ağdaş Liseyi

Bakı Liseyi

“Dədə Qorqud” Liseyi

“Qafqaz” Gimnazaiyası

Gəncə Liseyi

Quba Liseyi

Lənkəran Liseyi

Mingəçevir Liseyi

Sumqayıt Liseyi

Şəki Liseyi

Şirvan Liseyi.

Qeyd edək ki, Araz” kursları kimi adıçəkilən liseylər də Fətullah Gülənə məxsusdur.

Facebook Şərhləndirmə:

“Sumqayıt Özəl Türk Liseyi də bağlanır” yazısına 8 cavab

  1. Rza deyir:

    Burda başqa məsələ var deyəsən. Bizimkilər yaddan çıxardı ki, həmin Ərdoğanqildir ermənilərnən qardaş olmaq istəyən

  2. Rəhman Orxan deyir:

    Çox ağılsız, düşünülməmiş aparılan bir kampaniyadır. Bu, vaxtilə “neqodyay” M.Qorbaçov alkoqolizmə qarşı mübarizəyə başlar-başlamaz hər şeydə özünü gözə (mən “gözə” yazdım, necə istəyirsiz, elə də başa düşün!) soxmağa çalışan bizimkilərin tələm-tələsik üzüm plantasiyalarını dağıdıb-məhv etməsinə bənzəyir ki, neçə illər sonra plantasiyalar yenidən yaradılmağa başladı. Vaxtilə Rusiyada kilsələrin, bizdə isə məscidlərin uçurulması da “eyni ağılla” aparılmışdı.
    Əgər Gülən Ərdoğanın, Türkiyənin düşmənidirsə, biz razı! Qoy “Araz kursları”nın Gülənə işləyən maliyyə kanalları bağlanılsın, ancaq liseylərin və kursların illərlə, ağır zəhmətlə yaradılmış və gücləndirilmiş bazaları və onların pedaqoji kollektivləri saxlanılsın – qoy başqa bir adla, başqa şəkildə, ancaq SAXLANILSIN ! Unutmaq lazım deyil ki, respublikada ən yüksək – 700 bal toplayan məzunların böyük əksəriyyəti məhz həmin liseylərin və kursların payına düşürdü. Və HEÇ UNUTMAQ OLMAZ ki, həmin qabaqcıl təhsil sisteminin Azərbaycanda geniş yayılmasına Ulu öndərimiz HEYDƏR ƏLİYEV şəxsən razılıq vermişdi. ŞƏXSƏN ! Soruşmaq istəyirik: indi kimdir dahi rəhbərimizin qərarının əksinə gedən, ONUN qərarına HÖRMƏT ETMƏYƏN???
    Mənim yaşım 60-ı ötüb və o lisey və kurslarla heç bir əlaqəm yoxdur, ancaq inanıram ki, onların Azərbaycanda haqsız, ədalətsiz olaraq bağlanması xalqımızın əksər hissəsini narahat edir. Və yəqin ki, möhtərəm Prezidentimiz savadlı gənclərin yetişməsinə böyük bir zərbə olan bu cür ədalətsiz qərarın qarşısını qətiyyətlə alacaq, problemin optimal şəkildə həllinə nail olacaqdır.

  3. yusif deyir:

    man da gancada 4-cu yeri cixmisdim ay murad afsuslar olsun ki,bu xabari esitdim.man da arzulayirdim ki,gedib orda oxuyacam.heyib ki, arzumuzu gozumuzda qoydular.cox heyif…

  4. Orxan Əşrəfov deyir:

    BU İL LƏNKƏRAN ÖZƏL TÜRK LİSEYİNƏ QƏBUL OLMUŞDUM.İMKAN VERMƏDİLƏR HEÇ 1 İL OXUYUM.YENƏ BİR GÜNƏ ÇIXARDIQ.ÇAĞ ÖYRƏTİM İŞLƏTMƏLƏRİ AZƏRBAYCANI DÜNYADA TƏMSİL EDƏN YEGANƏ ŞİRKƏT İDİ.HEÇ OLMASA 1 LİSEYİNİ SAXLAYARDILAR.

  5. Orxan Əşrəfov deyir:

    BU İL LƏNKƏRAN ÖZƏL TÜRK LİSEYİNƏ QƏBUL OLMUŞDUM.İMKAN VERMƏDİLƏR HEÇ 1 İL OXUYUM.YENƏ BİR GÜNƏ ÇIXARDIQ.ÇAĞ ÖYRƏTİM İŞLƏTMƏLƏRİ AZƏRBAYCANI DÜNYADA TƏMSİL EDƏN YEGANƏ ŞİRKƏT İDİ.HEÇ OLMASA ONUN 1 LİSEYİNİ SAXLAYARDILAR.

  6. metanet deyir:

    birinci bu liseylerin baglanmasi HEYDER ELIYEVin ruhuna cox boyuk hormetsizlikdir.Bu liseylerin acilmasina ele bir agilli,siyaseti cox gozel bilen,guclu siyasetci destek vermisdi.Bu qeder siyaseti guclu bilen bir insan omurunun sonuna qeder bu liseyleri destekledi.
    Indi sizde baglamaq isteyirsiz baglayin,amma LEKELEMEYIN!
    Bu liseylerin UGURLARI, GOZEL EXLAQ- TERBIYE-TEHSIL VERDIYINI DANMAQ OLMAZZZZZZZZZZZZZZZZZZZZZ!
    BU liseyler leke goturmur.!
    54 yasim var.11 ildir bu liseylerle bagliyam,2 usaagim oxuyub. O muellimlere cox-cox minetdaram.USAQLARIMIZI
    onlara seve-seve emanet etmisik! O LISEYLER ,O OYRETMENLER HEC BIR LEKE GOTURMEZ, O FEDAKAR INSANLARA HAQSIZLIQ ETMEYIN!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. hacı deyir:

    Bu leseyləri bağlamaq söhbətini atanlar erməni xislətli, küt, savadsız, pul-para yırtmaq hərisləridir. Özlərinin rəhbəlik etdikləri məktəblərdən fərqli olaraq-pul yığma bazarları-öyrətmə meyarıyla hərəkət edir və əsl savad verici ocaqdır. Ey, bu savad ocaqlarından milləti məhrum etmək istəyənlər, rədd olun, gedin ermənilərin yanına, bəsdir millətin ayağında buxov oldunuz!

  8. müəllimə deyir:

    Türk liseylərini açın

Şərhinizi yazın