Menu
Geri İrəli

Sumqayıt payız-qış mövsümünə hazırdır ?

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2013 • Baxış sayı: 235 dəfə • Şərh yoxdur

sumqayit-30

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlıq işləri yekunlaşmaq üzrədir. Ötən payız-qış mövsümünün yekunları təhlil edilib,

Nəticədə bu mövsümdə görüləcək işlər müəyyən olunub və xüsusi tədbirlər planı işlənərək hazırlanıb. Plana müvafiq olaraq, respublikanın iri sənaye mərkəzlərindən olan Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində genişmiqyaslı tədbirlər görülüb.

AzVision.az Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhərinin Qərb, Sevinc, Azbarit, Dədə Qorqud, S.Qazıyeva küçələrində, eləcə də N.Nərimanov prospektində ümumilikdə 9,5 kilometr uzunluğunda korroziyaya uğramış polad borular yenisi ilə əvəz edilib, şəhərin müxtəlif küçələrində qaz təminatının yaxşılaşdırılması məqsədi ilə 9 ədəd yeni qaztənzimləyici quraşdırılıb.

Şirvan şəhərində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar Şıxbala oğlu, Əsədov, Naxçıvani, Neftçilər, M.Aydınov küçələrində həyətyanı sahələrdən keçən qaz kəmərlərində yenidənqurma işləri həyata keçirilib, digər küçələrdə binaların qarşısından keçən 29,6 kilometr uzunluğunda qaz kəmərlərinin dəyişdirilməsi başa çatıb. Bundan başqa, qaz kəmərlərinin üzərində 51 ədəd yeni siyirtmə quraşdırılıb, 6 ədəd istismara yararsız tənzimləyici yenisi ilə əvəz olunub.

Mingəçevir şəhərində də payız-qış mövsümünə hazırlıq işləri yekunlaşıb. Şəhərin R.Məmmədli, İ.Qasımov, N.Nərimanov, H.Hüseynov, C.Əliyev və başqa küçələrində 8,6 kilometr uzunluğunda istismara yararsız qaz xətlərinin dəyişdirilməsi tam başa çatdırılıb. Bundan başqa, qaz kəmərlərinin üzərində 10 ədəd yeni siyirtmə quraşdırılıb və 1 ədəd istismara yararsız tənzimləyici yenisi ilə əvəz olunub.

Sumqayıt şəhərinin qaz təsərrüfatı da 2013-2014-cü illərin payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilib. Şəhərin İnşaatçılar qəsəbəsində 2,1 kilometr uzunluğunda istismara yararsız qaz xətlərinin dəyişdirilməsi tam başa çatdırılıb. 12 ədəd istismara yararsız tənzimləyici, aşağı təzyiqli qaz kəməri üzərində quraşdırılıb və vəziyyəti qeyri-qənaətbəxş olan 6 siyirtmə yenisi ilə əvəz olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın