Menu
Geri İrəli

Sumqayıt polisi Aşura günündə gücləndirilmiş iş rejimində işləyəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2016 • Baxış sayı: 7,068 dəfə • Şərh yoxdur

qoraddelSabah Sumqayıt şəhər ərazisində Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

sumqayitxeber.com xəbər verir ki, Aşura mərasimlərində təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar Sumqayıt polisi gücləndirilmiş iş rejimində işləyəcək.

Sumqayıt şəhər Polis İdarəsindən bildiriblər ki, hər il olduğu kimi bu il də Aşura  günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədi ilə oktyabrın 12-də Sumqayıt ŞPİ-si gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayişi lazımi şəkildə təmin edəcək.

Sumqayıt şəhər ərazisində yerləşən bütün məscidlərdə ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ərazilərə əlavə polis naryadları təyin olunacaq. Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək, lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək. 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın