Menu
Geri İrəli

Sumqayıt polisi qadağan olunmuş təriqəti təbliğ etdiyinə görə altı nəfəri saxladı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Yanvar 2014 • Baxış sayı: 908 dəfə • Şərh yoxdur

Sumqayıt polisi qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ etdiyinə görə altı şəhər sakinini saxlayıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də 5-ci mikrorayonun ərazisində yerləşən “Çempion” çay evində qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ etdiklərinə görə şəhər sakinləri İlkin Bəşirov, Ələkbər Zeynalov, Samir Məmmədkərimov, Hamlet Talıbov, Əlinur Atayev, Rasim Bədəlov saxlanılıb.

R.Bədəlovun şəhərin 8-ci mikrorayon ərazisindəki yaşadığı mənzilə baxış zamanı “AK-74″ markalı avtomat, 1 ədəd avtomat darağı, 2 “F-1″ qumbarası və 22 ədəd patron aşkar edilərək götürülüb.

hebse-mehkum-olunan-030910

Facebook Şərhləndirmə:

Şərhinizi yazın