Menu
Geri İrəli

Sumqayıt polisi yeni dərs ilində gücləndirilmiş iş rejimində çalışacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Sentyabr 2011 • Baxış sayı: 226 dəfə • Şərh yoxdur
Share Button
Sumqayıt polisi yeni dərs ilində gücləndirilmiş iş rejimində çalışacaq

“Yeni dərs ilinin başlanması ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-si bütün məktəblərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Onlar burada şagird və tələbələrlə görüşərək yol hərəkəti qaydalarına riayət olunması barəsində profilaktik söhbətlər aparacaqlar”. Bunu SİA-ya açıqlamasında Sumqayıt şəhər DYPŞ-nın təbliğat inspektoru, polis kapitanı Nizami Yusifov bildirib. O, həmçinin yol-nəqliyyat hadisələri haqqında ətraflı məlumat verərək qeyd edib ki, cari ilin 8 ayı ərzində şəhərdə 81 yol-nəqliyyat hadisəsi baş verib. Həmin hadisələr nəticəsində 9 nəfər ölüb, 76 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Nizami Yusifov qəzaların 50 faizinin maşınla piyadanın vurulması nəticəsində qeydə alındığını söyləyib: “Bu hadisələrdən 40-ı maşınla piyadanın vurulması nəticəsində baş verib. Nəticədə 5 nəfər ölüb, 36 nəfər isə yaralanıb. Bunlardan da 11 hadisə maşınla azyaşlı piyadanın vurulmasıdır”.

Avtomobili sərxoş halda idarəetməyə gəlincə polis kapitanı bildirib ki, 6 yol-nəqliyyat hadisəsi məhz bu üzdən baş verib. Həmin hadisələrdə də 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2 hadisə isə sərxoş piyadaların yolu keçməsi nəticəsində baş verib.
Ceyhun Eyyubov, sia.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın