Menu
Geri İrəli

Sumqayıt polisləri Bakıda qəzaya düşdü -SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2013 • Baxış sayı: 167 dəfə • Şərh yoxdur

Bakı şəhərinin Sabunçu rayonu ərazisində 8 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nardaran qəsəbəsi ərazisində Həsənov Əli Ağa oğlunun idarə etdiyi “VAZ 21011” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən və polis leytenantı Nəriman Nərimanovun idarə etdiyi “VAZ 21015” ilə toqquşub. Nəticədə “VAZ 21015”-in sürücüsü və onun sərnişinləri, polis kapitanı Bəbir Alxanov, baş serjant Elçin Azadəliyev və serjantı Tural Məmmədov, eləcə də “VAZ 21011”İin sürücüsü və 3 sərnişini ağır  xəsarət alıb.

Xəsarət almış polislər Daxili İşlər Nazirliyinin Arif Heydərov adına hospitalına, digər yaralılar isə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşmüş polislər Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın