Menu
Geri İrəli

Sumqayıt Prokurorluğu meyiti tapılan İran vətəndaşıyla bağlı məlumat yaydı – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Oktyabr 2017 • Baxış sayı: 693 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt Şəhər Prokurorluğu Novxanıda meyiti tapılan İran vətəndaşı ilə bağlı məlumat yayıb.

Prokurorluqdan APA-ya verilən məlumata görə, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayəti törətmiş şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq – əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Novxanıda İran İslam Respublikası vətəndaşı, 1994-cü il təvəllüdlü Möhtati Saman Nemət oğlunun meyiti aşkarlanıb.

Bu barədə ilk məlumatı lent.az yayıb.

Sumqayıt Prokurorluğu meyiti tapılan İran vətəndaşıyla bağlı məlumat yaydı - FOTO

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın