Menu
Geri İrəli

Sumqayıt qatarını daşa basan iki nəfər saxlanılıb – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2015 • Baxış sayı: 749 dəfə • Şərh yoxdur

45464 (1)

Sentyabr ayının 12-dən Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarları hərəkətə başlayıb və “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunan yüksək komfortlu ikimərtəbəli elektrik qatarları sərnişinlərin istifadəsinə verilib.
Buna baxmayaraq, bəzi vətəndaşlar özlərinin normalara sığmayan davranışı ilə elektrik qatarlarının təhlükəsiz hərəkətinə mane olurlar.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Modern.az saytına bildirib ki, oktyabrın 19-da saat 18 radələrində Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı 2636-cı km-dən (Xırdalan- 10-cu blok post mənzilində) keçərkən iki naməlum şəxs kustar üsulla hazırlanan  daşatanla qatarı daşa basıb:
45465
“Ərazidə xidmət edən Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin baş Sumqayıt xətt polis bölməsinin əməkdaşları elektrik qatarının pəncərələrini daşlayanları saxlayaraq, bölmənin cinayət-axtarış qrupuna məlumat verib.
Araşdırma zamanı məlum olub ki, saxlananlar Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsindəki 147 saylı Texniki Peşə Məktəbinin həyətində yaşayanlar – İmişli rayonunda anadan olan, Sumqayıt şəhər 42 saylı orta məktəbin 7-ci sinif şagirdi Laçın Vəlizadə və Göyçay rayonunun İncə kəndində anadan olan Əmiraslan Məlikovdur.
Saxlananlar Nəqliyyatda Baş Polis İdarəsinin baş Sumqayıt xətt polis bölməsinin cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Surxay Cəfərov tərəfindən dindirilərkən, hadisəni törətdiklərini, məqsədlərinin elektrik qatarının pəncərə şüşələrini sındırmaq olduğunu bildiriblər”.
Nadir Əzməmmədov qeyd edib ki, sərnişinlərə və elektrik qatarına ziyan dəyməyib:
“Hazırda faktla bağlı araşdırma aparılır. Bir daha Bakı-Sumqayıt marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın