Menu
Geri İrəli

Sumqayıt qəbristanlığında azyaşlı mollalar – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Yanvar 2015 • Baxış sayı: 1,011 dəfə • Şərh yoxdur
857572Məktəbli yaşında uşaqlar qəbiristanlıqda mollalıq edib pul qazanırlar. Maraqlısı budur ki, onlara haqq qazandıranlar da var. Nə oxuduğunu yəqin heç özü də başa düşmür. Üstəlik heç düz də oxuya bilmir. Əlində təsbeh qəbirlərin arasında gəzərək gələn ziyarətçiləri gözləyir ki,nəsə oxuyub pul alsın. Parta arxasında olmalı olan yeniyetmənin qəbristanlıqda dırnağarası mollalıq etməsini əks etdirən bu görüntülər bir neçə ay əvvəl sumqayıt qəbristanlığında çəkilib.
Amma mənzərə elə indi də fərqli deyil. Çəkiliş qrupumuz bunun bir başa şahidi oldu. Yeniyetmələr qəbristanlıqda dolaşır pul alıb Yasin oxuyurlar. Onlar kameranı görüb aradan çıxırlar. Maraqlısı budur ki, ərazidə yaş etibari ilə onlardan təcrübəli olan mollaların buna münasibəti də birmənalı deyil. Hətta haqq qazandıran da var.
Din xadimləri də bildirib ki, bu kimi hallar qətiyyən yol verilməzdir. Qəbristanlığa yaxınlarının məzxarını ziyarətə gələnlər də uşaqların burada dolaşıb Yasin oxumasını məqbul hesab etmir.
Sumqayıt şəhər Cümə Məscidinin axundu Rauf Sərdarov vəziyyətə ciddi nəzarət olunmasını vacib sayır. Qəbirsanlıqdan cavabdeh olan şəxs Feyruz Əsədovla əlaqə qurmaq istəyimiz isə nəticə vermədi.
Amma hər halda bu kifayət qədər acınacaqlı bir haldır. İstər uşaqların təhsil və tərbiyəsi, istər dini mənəvi nöqteyim nəzərdən. Çünki məktəbdən yayınan uşaqlar burada heçdə bu mollanın söylədiyi kimi ölülərin ruhuna savab göndərmir. Təhsildən uzaqlaşmaq, ölülərin ruhuna, müqəddəs dinimizə və müqəddəs qurana hörmətsizlik etmək bahasına pul qazanırlar. Bunun isə günahkarı heç də onlardan başda yox yaşda gfərqlənən molla dostları, qəbristanlıqların rəhbərliyi, onların müəllimləri və valideynləri deyil. Qəbristanlığa ziyarətə gəlib onlara dırnağarası mollalığına görə pul verən ölü yaxınlarıdır. Yoxsa pul qazanmasalar onların burada nə işi var.//”Xəzər Xəbər”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın