Menu
Geri İrəli

Sumqayıt QHT-lərinə də maliyyə ayrıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Mart 2011 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur
Share Button

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş birinci maliyyə yardımı müsabiqəsinə yekun vurub.

2010-cu il dekabrın 6-da elan edilmiş müsabiqəyə ümumilikdə 425 QHT-dən layihə təqdim olunub. Layihələrdən 69-nun texniki sənədləşməsi şuranın tələblərinə cavab vermədiyi üçün ilkin seleksiya mərhələsində müsabiqədən uzaqlaşdırılıb, 28 QHT-nin layihəsi isə şura ilə 2010-cu ildə imzaladığı müqavilə öhdəliklərini kobud şəkildə pozduğuna görə müsabiqənin növbəti mərhələsinə buraxılmayıb. Nəticədə 328 layihə təklifi ekspertizaya göndərilib.

Ümumilikdə 202 layihənin maliyyələşdirilməsi barədə isə qərar qəbul olunub. Qaliblər arasında Sumqayıt QHT-ləri də var.

“Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi Zeynalova Mətanət Sevindik qızı Sumqayıt orta ümumtəhsil məktəblərində peşəyönümü işinin təşkili prosesinin dəstəklənməsi 4.000,0
Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi Yusubova Qəmzə Xanlar qızı Sumqayıt şəhərində yerli icra orqanları, özəl sektor nümayəndələrinin  və əhalinin digər təbəqələrinin alternativ enerjidən istifadə sahələri üzrə maarifləndirilməsi 5.000,0
Demokratik Gənclər İctimai Birliyi Süleymanov Ramil Əmirxan oğlu Sumqayıt gənclərinin internet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması 5.000,0
Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Məmməd Elçin Məmməd oğlu Azərbaycan regionlarında vətəndaş cəmiyyətinin inkişafına dəstək 5.000,0
“Avand” Humanitar Yardım Təşkilatı Hüsiyev Yusif Hüsi oğlu Sumqayıtda yerləşən məcburi köçkün məktəblərində ailə qanunvericiliyi ilə bağlı maarifləndirmə işinin aparılması 5.000,0
“Yeni kənd” Regionların Sosial İnkişafına Kömək İctimai Birliyi Vəliyev Vüqar Surxay oğlu Sumqayıt şəhərində aztəminatlı gənclər üçün peşə hazırlığı kurslarının təşkili 6.500,0
“Pоtеnsiаl” Sumqаyıt Mütəхəssislər Birliyi Fərzəliyev Sahib Abduləli oğlu Sumqayıt şəhərində və ətraf qəsəbələrdə məskunlaşmış məcburi köçkün yeniyetmə və gənclərinin peşəyönümü, fərdi inkişaf və karyera qurmaq bacarıqlarını artırmaq üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi 5.000,0
“Uşaqların gələcəyi naminə”
İctimai Birliyi
Cabbarova Kəmalə Kamal qızı Uşaqların intellektual səviyyəsinin artırılması və istedadlarının üzə çıxarılması üçün “Dəcəllər” adlı televiziya filmlərinin hazırlanması 7.000,0

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın