Menu
Geri İrəli

SUMQAYIT QHT-Sİ QHT-LƏRƏ DƏSTƏK ŞURASINDAN NARAZIDIR

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Aprel 2010 • Baxış sayı: 308 dəfə • Şərh yoxdur

♥002Mətanət Zeynalova:  “Nə üçün Sumqayıtın problemlərinin həllini Bakıda yerləşən QHT-lər həyata keçirməlidir?”

“Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi QHT-lərə dəstək şurasının müsabiqəsinin nəticələrindən narazıdır. Xatırladaq ki, bir neçə həftə öncə şura müsabiqənin nəticələrini elan edib və qaliblər arasında Sumqayıt QHT-ləriylə yanaşı məhz şəhərimizdə layihələr reallaşdıracaq Bakı QHT-ləri də var.

Mətanət xanım ikinci dəfədir ki, QHT şurasının elan etdiyi müsabiqəyə layihə təqdim edirsiniz və layihəniz dəstəklənmir. Bunu nə ilə əlaqələndirirsiniz?

Mən deyərdim ki, ən əsas səbəb yerli QHT-lərə ögey münasibətidir. Yerli problemləri yerli QHT-lərdən başqaları yaxşı həll edə bilməzlər. Biz Sumqayıt QHT-si olaraq şəhərin sosial problemlərini əlbəttə ki, Bakıda yerləşən QHT-lərdən daha yaxşı həll edə bilərik. QHT şurasının növbəti müsabiqəsində “Sumqayıtı – ekoloji  cəhətdən təmiz və yaşıllıqlara qərq olmuş şəhərə çevirək” bağlı layihə təqdim etmişdik. Bu layihədə məqsədimiz şəhər sakinlərinin diqqətini  məhəllədaxili ekoloji problemlərin həllinə yönləndirməklə birgə həmin problemlərin həllinə çalışmaq idi. Layihə kifayət qədər əsaslandırılmışdır və Sumqayıt şəhərində fəaliyyət göstərən məhəllə komitələri ilə də razılıq əldə olunmuşdur. Lakin layihə QHT-şurası tərəfindən rədd edilmişdir  və Sumqayıt şəhərinin ekoloji, yəni ağacların əkilməsini Bakıda fəaliyyət göstərən QHT-lərin keçirilməsinə həvalə edilmişdir. Bu da hansı məntiqə əsaslanır bizim üçün sual olaraq qalır.

Bəlkə sizin layihəniz yaxşı əsaslandırılmamışdır, müəyyən çatışmazlıqlar vardır?

Biz hesab edirik ki, layihə Bələdiyyənin məhəllə komitələri ilə birgə hazırlanmışdır və yerli problemlərin həlli də kifayət qədər araşdırılmış və ekoloji durumun mənzərəsi açıq şəkildə qeyd olunmuşdur. Bizim fikrimizcə şuranın əsas məqsədi QHT-lərin inkişafına dəstək olmalı və maliyyə yardımının verilməsidir. Qalib QHT-lərin siyahısına nəzər yetirdikdə demək olar ki, əksəriyyəti  çox təcrübəli QHT-lərdir. Hansı ki, onlar xeyli vaxtdır fəaliyyət göstərən təşkilatlardır. Əlbəttə ki, bu baxımdan yanaşsaq onların QHT-ləri hər zaman dəstəklənəcəkdir. Bu QHT-lərin maddi texniki bazaları da çox mükəmməldir. Çox təssüflər olsun ki, QHT şurası hər zaman oturuşmuş QHT-lərə maliyyə yardımı edir. Lakin bizim kimi yerli QHT-lər diqətdən kənar qalır.

Bizim təşkilat 2006-cı ildə Amerika səfirliyində, 2009-cu ildə isə Açıq Cəmiyyət İnistutu Yardım Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində layihələr həyata keçirmişdir. Əgər, bizim yazdığımız layihələr zəif olsaydı, müsabiqənin qaliblərindən olmazdıq. Mən hesab edirəm ki, bu layihənin zəif və ya güclü olması ilə bağlı deyildir.

QHT şurası apelyasiya şikayətləri qəbul edir. Əgər siz narazısınızsa niyə müraciət etmədiniz?

Bilirsiniz, artıq ikinci dəfədir ki, layihələrimiz qəbul olunmur. Apellyasiya şikayətini vermək hesab edirəm ki, xeyri olmayacaq. Birinci dəfə müsabiqə elan olunduqda bizim təşkilatın “Sumqayıt şəhərində yaşayan yaşlı adamların sosial problemlərinin həllinə kömək” layihəsi dəstəklənməmişdi. Bununla əlaqədar şuranın sədri Azay Quliyevlə görüşdüm. Bizim layihə ilə tanış olduğunu qeyd etdi və gələcəkdə yerli QHT-lərə üstünlük veriləcəyini qeyd etdi. Çox təəssüflər olsun ki, növbəti maliyyə yardımında  yenə də təcrübəli QHT-lərə üstünlük verildi.

Mətanət xanım,  fikrinizcə QHT şurası yerli təşkilatların inkişafı üçün hansı addımları atmalıdır. Maliyyə yardımı hansı formada olsa daha yaxşı olar?

Mən hesab edirəm ki, QHT şurası ilk öncə regionlardakı QHT-lərin inkişafına nail olmaq üçün maliyyə yardımı ayırmalıdır. Yaxşı olar ki, regionlar üzrə ayrılıqda təşkilatların inkişafına nail olmaq üçün monitorinqlər keçirilsin və maddi texniki bazasına yardımlar ayrılsın. Biz könüllü olaraq şəhərimizin soial problemlərini həll etməyə çalışırıq. QHT şurası belə QHT-lərə maliyyə yardımı ayırmalıdır. Regionlarda vətəndaş cəmiyyətinin inkişafına, sosial problemlərin həllinə daha çox yer ayrılmalıdır. Qarşılaşdığımız hazırkı vəziyyət bu cür addımlar isə sadəcə olaraq bizi ruhdan salır. Təcrübəli kadrlarımızı da itiririk. Beynəlxalq təşkilatlar daha çox yeni yaranmış təşkilatlara üstünlük verir.

Əgər QHT şurası yerli QHT-lərin inkişafına xidmət etmiyəcəksə, niyə yaradılmışdır? Ola bilsin ki, bir çox təşkilatların yalnız adları var və ancaq kağız üzərindədir. Bizim təşkilatımız isə bir neçə layihəni uğurla icra etmişdir.

Eyvaz Qocayev

Facebook Şərhləndirmə:

Şərhinizi yazın