Menu
Geri İrəli

Sumqayıt QHT-si Regionlarda seçici fəallığının artırılması işinə başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2013 • Baxış sayı: 157 dəfə • Şərh yoxdur

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi regionlarda seçicilərin maarifləndirilməsi məqsədilə layihə həyata keçirir.

Birlikdən “Azadinform”a verilən məlumata görə, ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən maliyyə dəstəyi verilən layihə çərçivəsində azad və ədalətli seçkilərin vacibliyinə dair yerli və beynəlxalq hüquqi normalar haqqında seçicilər məlumatlandırılır. Birliyin sədri Elçin Məmməd bildirib ki, layihə ilə bağlı Sumqayıt, Gəncə və Lənkəranda yerli telekanallarda “Prezident seçkiləri-2013. Vətəndaş məsuliyyəti” adlı teledebatlar da təşkil olunacaq. E.Məmməd həmçinin, qeyd edib ki, əhalinin seçki zamanı fəallığının zəruriliyi, seçicilərin seçkilərə cəlb edilməsi, seçici siyahılarının vətəndaşların özləri tərəfindən yoxlanılmasının vacibliyini əks etdirən videoçarxlar hazırlanıb və seçki ərəfəsində yerli telekanallarda yayımlanacaq. Jurnalistlərə açıqlamasında Elçin Məmməd onu da bildirib ki, təşkilat həmçinin regionlarda seçki proseslərini müşahidə edəcək və exit-poll tədqiqatı aparacaq. Əsas məqsəd prezident seçkilərinə vətəndaşların ictimai nəzarətini artırmaq, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsini təmin etməkdir. Onun sözlərinə görə artıq bu istiqamətdə işlər görülüb və işçi qrupu fəaliyyət göstərir. Bildirilib ki, həmin regionlar üzrə ümumilikdə 720 nəfər prosesə cəlb edilib və onlara bu sahədə mövcud olan milli qanunvericilik, yerli və beynəlxalq müşahidəçilərin hüquq və vəzifələri, seçki müşahidəçisinin statusu, sair seçki hərəkətləri barədə məlumatlar verilib. Vurğulanıb ki, Ukraynanın Beynəlxalq Siyasi Təhsil Mərkəzi, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu, “Demokratik Təşəbbüs” Fondu və Demokratiya Uğrunda İnstitutu təşkilatın bu sahədəki fəaliyyətinə yaxından dəstək olacaqlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın