Menu
Geri İrəli

“Sumqayıt” “Rəvan”a məğlub olub

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2012 • Baxış sayı: 183 dəfə • Şərh yoxdur

“Sumqayıt” – “Rəvan” 1:0
21 oktyabr 2012-ci il. Saat 16:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 8000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Namiq Hüseynov
Dördüncu hakim: Tahir Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Pərdis Fərcad Azad, 77 (qeyri-idman hərəkəti) // Kristian Torres, 45 (qeyri-idman hərəkəti); Fransis Bosman, 80 (qeyri-idman hərəkəti)
Qol: Juan Manuel Varea, 4
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 3 dəq.

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
4. Samir Abasov (k)
5. Murad Doymuş
6. Taner Taktak
7. Pərdis Fərcad Azad
10. Ceyhun Sultanov
(50. Murad Hüseynov, dəq.60)
13. Murad Ağayev
25. Aydın Qasımov
27. Ramil Həşimzadə
(21. Məhəmməd Mirzəliyev, dəq.78)
76. Uğur Pamuk

Ehtiyat oyunçular:

90. Anar Məhərrəmov
3. Aftandil Hacıyev
11. Sabir Allahquliyev
17. Emin Cəfərquliyev
92. Bəxtiyar Həsənalızadə

Baş məşqçi: Bernhard Raab

“Rəvan”
12. Davud Kərimi
3. Miloş Zeçeviç (k)
5. Nikolay Orlovskiy
13. Şəhriyar Rəhimov
14. Juan Manuel Varela
(7. Elvin Musazadə, dəq.90)
16. Orxan Lalayev
18. Samuel Barlay
20. Kristian Torres
(10. Nemanya Vidakoviç, dəq.73)
22. Tofiq Mikayılov
(11. Şeriff Suma, dəq.67)
26. Fransis Bosman
27. Nuran Qurbanov

Ehtiyat oyunçular:
99. Murad Qənbərov
15. Tural Cəlilov
17. Emin İbrahimov
19. Hüseyn Axundov

Baş məşqçi: Kemal Alispahiç

“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində Mehdi Hüseynzadə adına “Rəvan”ı qəbul edib. Juan Manuel Vareanın 4-cü dəqiqədə vurduğu qol qarşılaşmada yeganə olub.
Bernhard Raab (“Sumqayıt” klubunun baş məşqçisi): ”Komandamın oyunundan razı qalmadım. Çox pis oyun nümayiş etdirdik. Məğlub olmalı deyildik. Mərkəz xəttdə problemimizin olduğu açıq-aşkar görünürdü. Təəssüf ki, məğlub olduq”.
Kemal Alispahiç (“Rəvan” klubunun baş məşqçisi): ”Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Sərt əsən külək və stadionun ot örtüyünün vəziyyətinin pis olmasına baxmayaraq, komandam qalib gəlmək üçün əlindən gələni etdi. Bəzilərinə oyunumuz maraqsız görsənsə də, bizim üçün əsas olan nəticə idi. Hesab arasındakı fərq daha böyük ola bilərdi”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın