Menu
Geri İrəli

“Sumqayıt”: Raab getsə, yerli məşqçi gələcək

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2013 • Baxış sayı: 195 dəfə • Şərh yoxdur
Share Button

“Sumqayıt”da baş məşqçi məsələsi hələlik həll edilməyib. Apasport.az saytının məlumatına görə, yüksək liqada yerini çətinliklə qoruyan komanda həftənin əvvəlində almaniyalı çalışdırıcısı Bernhard Raabın gələcək taleyinə aydınlıq gətirməyi planlaşdırsa da, 1-2 gün də gözləməli olacaq.

Belə ki, 46 yaşlı mütəxəssis həftəsonuna kimi sumqayıtlılara yekun cavabını deyəcək. Klub rəhbərliyi danışıqlar apardığı Raabın bu ayın sonunda başa çatan müqaviləsi uzadılmayacağı halda, digər təyinatı gerçəkləşəcək. Həmin çalışdırıcının isə əcnəbi yox, yerli olmağı nəzərdə tutulub. Sumqayıtlılar növbəti mövsümə hansı baş məşqçi ilə başlayacağını hələ dəqiqləşdirməyindən, heyətlə bağlı məsələlərdə tələsmək istəmir.

Qeyd edək ki, “Sumqayıt” güclülər dəstəsində hər 2 mövsümdə Raabın rəhbərliyi altında çıxış edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın