Menu
Geri İrəli

Sumqayıt Regional Elektrik Şəbəkədəki ixtisarlarla bağlı yeni məqamlar

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Yanvar 2015 • Baxış sayı: 1,220 dəfə • 1 şərh

 sumqayot-elektrikSaleh Məmmədlinin “qara siyahısı” onun özünü “vurulma” riski ilə üz-üzə qoyub

 Məlum olduğu kimi, ölkədə bir sıra strukturlarda kütləvi ixtisarlar aparılır. İxtisar dalğası “Azərenerji” ASC-nin Sumqayıt Regioan Elektrik Şəbəkə İdarəsinə qədər gəlib çıxıb.

İxtisarların neftin qiymətinin büdcədə nəzərdə tutulduğundan təxminən 30 dollar aşağı satılması və Avropa Oyunlarının büdcəni kifayət qədər yükləməsi ilə bağlı olduğu bildirilir.

 Bütün strukturlar ixtisarlar zamanı sosial problemlərin yaranmamasını prioritet hesab etdiyi halda Sumqayıt Regioan Elektrik Şəbəkənin bu məsələ üzərində hansı prinsiplərlə işlədiyi aydın deyil.

 İşdən çıxarılmış işçilərdən birinin (adının hallanmasını istəmədiyini bildirib) redaksiyamıza verdiyi  məlumata görə qurumun rəhbəri Saleh Məmmədli ixtiasarlar zamanı yüksək vəzifəlilərin qohumlarına, tapşırdığı şəxslərə toxuna bilmir, “Azenerji”nin “100 nəfər ixtisar edilməlidir” göstərişini sıravi işçilərlə müqaviləni pozmaqla yerinə yetirir.

S.Məmmədli və onun ixtisarları həyata keçirən komandası qanunvericiliyə zidd olaraq heç bir işçiyə öncədən xəbərdarlıq da etməyib. Digər bir tərəfdən İdarə rəisi “Qara siyahısı”nı hazırlayarkən kimin şəhid ailəsi, aztəminatlı, məcburi köçkün və s olmasını da nəzərdən keçirməyib. İşə bərpa olunmaq üçün edilən müraciətlərə isə “Mənlik deyil, “Azenerji”yə müraciət edin” – deyə münasibət bildirir.

Sumqayıt Regioan Elektrik Şəbəkə ilə bağlı daha bir diqqətçəkici ittihamsa ondan ibarətdir ki, bir tərəfdən ixtisarlar aparan qurum rəhbərliyi, digər tərəfdən yeni işçilər qəbul edir. Hr halda şikayətçi belə deyir. Sitat: “Bizi işdən çıxarıblar. Amma kimlərdənsə pul alınıb, işə qəbul olunur”.

 Regional Elektrik Şəbəkəsinin işçisi Valeh Məmmədovun ittihamları isə konkret adlar üzərində qurulub: “Gənc kadrları işdən çıxarıb, əvəzində ümumi şöbənin rəisi Əliyar Qasımovu, İstismar idarəsinin mühəndisləri Bəylər Nuriyev, Mürşüd Məmmədov, iqtisadiyyat şöbəsinin rəisi Sədaqəğ Həsənova kimi pensiyaçıların işdə saxlanılması isə nətiyyən başadüşülən deyil. «Bir ailənin 2 üzvü Səmədova Gülyaz əri Elnurla, Əliyev Əhmədəli isə oğlu ilə hələ də qalıb işləyir. Bir neçə adam əlavə sadalamaq olar. Vaxtilə “Azərenerji” Prezidentinin əmri ilə rüşvətə görə işdən qovulan şəxslər indi Sumqayıt REŞ MMC-də rəhbər vəzifələri tutub. Faiq Həmzəyev Xırdalan şəbəkəsinin rəisidir, Alim Qəmbərli Bağlar şəbəkəsinin rəis müavinidir. Vasif Nəsibov-Nəzarət şöbəsinin rəisi (yaxın keçmişdə Xaçmaz REŞ MMC-dən qovulandır). ANS televiziyasının qadın jurnalistinə qarşı etikadan kənar davranışlarına görə işdən qovulan Nəbi Seyidəhmədi indi aparıcı mühəndisdir. Rüşvət aldığına görə işdən qovulan Tağıyev Ayaz Sumqayıt şəhər satışında rəis müavini işləyir. Təhsilə, ixtisas baxan yoxdur. İxtisasca həkim olan Ağayev İlqar Sumqayıt şəbəkəsində mühəndis işləyir. Onlarca belə faktlar misal gətirə bilərik”.

 Hazırda S.Məmmədlinin apardığı ixtisarların müəyyən narazı təbəqə yaratdığı faktdır. Bu narazılığın hakimiyyətin yuxarı dairələrində S.Məmədlinin atdığı yanlış addımların nəticəsi kimi qiymətləndirildiyi və bu üzdən də idarə rəhbərinin özünün də “vurulma” riski ilə üz-üzə olduğu bildirilir.

Facebook Şərhləndirmə:

“Sumqayıt Regional Elektrik Şəbəkədəki ixtisarlarla bağlı yeni məqamlar” yazısına bir cavab

  1. Aide deyir:

    Ali tehsilli muhedis elektrik qadinlar kutlevi sekilde isden cixardilir Umumiyyetle sebeke uzre qadinlara qarsi guclu repressiya var. Meqsed nedi bilen yoxdur.

Şərhinizi yazın