Menu
Geri İrəli

“Sumqayıt” rəhbərliyindən sərt addım: hər kəs cərimələndi (AÇIQLAMA)

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Aprel 2015 • Baxış sayı: 769 dəfə • Şərh yoxdur

sumqayit_1371456960Bu gün “Sumqayıt”da uğursuz çıxışlarına görə klubdaxili içlas olub.

Bu haqda “FutbolPress“ə açıqlamasında “kimyaçılar”ın Mətbuat və İctimaiyyələ Əlaqələr Departamentinin rəhbəri Rəşad Məmmədov məlumat verdi.

Klub rəsmisinin sözlərinə görə bütün heyət cərimələnib:

“Bu gün klubdaxili iclas keçirildi. İclasda komandanın son vaxtlardakı uğursuz çıxışları müzakirə olundu. Bütün futbolçular, məşqçilər, ümumiyyətlə, hamı cərimələndi. Qovulan olmasa da, futbolçulara ciddi xəbərdarlıq olunub. Menecer Ceyhun Sultanovla bağlı məsələ də qapadıldı. O, komandadakı işinə davam edəcək”.

Hazırda Premyer Liqada 8-ci pillədə qərarlaşan “Sumqayıt” 12 oyundu ki, qələbə qazana bilmir.

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın