Menu
Geri İrəli

Sumqayıt REŞ müəssisəsi üzrə təmir işləri aparılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Dekabr 2011 • Baxış sayı: 125 dəfə • Şərh yoxdur

Sumqayıt Regional Elektrik Şəbəkə (REŞ) Müəssisəsinin balansına daxil olan Qobustan və Xırdalan elektrik verilişi xətlərində və yarımstansiyalarda bir sıra cari və əsaslı təmir işləri yerinə yetirilib.
“Azərenerji” ASC-dən AzərTAc-a bildimişlər ki, 35 kilovoltluq “Qobustan Şəhər” yarımstansiyasında, eyni zamanda “Nərimanov”, “Təklə” və digər yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Xırdalan şəhəri üzrə 5 transformator əsaslı təmir olunmuş, bir transformator məntəqəsi quraşdırılmışdır. Eyni zamanda 3,2 kilometr naqil və təxminən 580 metr kabel xətti yenisi ilə əvəz edilmiş, 320 metr SİP kabel xətti çəkilmişdir. Oxşar təmir işləri Güzdək, Hökməli, Masazır, Qobustan və Qobu kəndlərində də aparılıb. Ətrabə Rzayeva, AzərTac

Facebook Şərhləndirmə:

Şərhinizi yazın