Menu
Geri İrəli

Sumqayıt rəsmiləri və ictimaiyyət nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Yanvar 2017 • Baxış sayı: 3,332 dəfə • 1 şərh

Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin 27-ci ildönümü Sumqayıt şəhərində də böyük izdihamla qeyd olunub. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri səhər saatlarında Sumqayıtdakı şəhidlər memorial kompleksini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasiminin iştirakçıları Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni və Vətənin qəhrəman övladlarının məzarlarını da ziyarət ediblər.
Sumqayıt Cümə Məscidinin axundu şəhidlərin ruhuna dua oxuyub.
1990-cı ilin yanvar hadisələri zamanı, Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib. Xatırladaq ki, sovet ordusuna məxsus BTR alimlər işdən Bakıya qayıdan zaman onların dövlət nişanlı “Jiqulu” markalı avtomobilini əzərək üstündən keçib.
Şəhər rəhbərliyi şəhid alimlərin ailə üzvləri ilə görüşüblər.


DSC_0057

DSC_0064
DSC_0000
DSC_0005

DSC_0037

DSC_0072 DSC_0077 DSC_0081 DSC_0082 DSC_0096 DSC_0097 DSC_0098 DSC_0100 DSC_0101 DSC_0110 DSC_0113 DSC_0115 DSC_0169 DSC_0231 DSC_0251 DSC_0270 DSC_0273 DSC_0286 DSC_0313 DSC_0346 DSC_0351 DSC_0362 DSC_0367 DSC_0374 DSC_0390

DSC_0027

 

DSC_0002

DSC_0008

DSC_0427

 

Facebook Şərhləndirmə:

“Sumqayıt rəsmiləri və ictimaiyyət nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib – FOTOLAR” yazısına bir cavab

  1. Rena Memmedova deyir:

    Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhinizi yazın