Menu
Geri İrəli

Gənclərdən “Sumqayıt Şəhər”ə dəstək…

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Avqust 2011 • Baxış sayı: 190 dəfə • Şərh yoxdur
Share Button

Bu gün saat 18.00-da Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda  şəhərimizi təmsil edən  ”Sumqayıt Şəhər” futbol komandamız premyer liqa oyunları çərçivəsində 2-ci oyununa çıxacaq. Rəqib Qəbələnin “Qəbələ” komandasıdır.

“SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı və “sumqayitxeber.com” saytı  Sumqayıt gənclərini Premyer Liqaya vəsiqə qazanmış və şəhərimizi təmsil edən “Sumqayıt Şəhər” PFK-na dəstək olmağa çağırır.

SDGT-nın sədri Tofiq Sadıqov “sumqayitxeber.com” açıqlamasında bildirmişdir ki,  dəstək qrupunda  xanım gənclər də olacaq: ” SDGT dəstək qrupu olaraq öz üzvlərimizlə birlikdə saat 16.00-da stadionun qarşısında yığışacağıq. Ordan birlikdə içəri keçərək bizim üçün ayrılmış ayrıca sektorda əyləşəcəyik. Təhlükəsizliyimiz stadion mühafizə xidməti tərəfindən təmin ediləcək. Komandamıza tam dəstək üçün azərkeşlərimizə baner və bayraq da paylanılacaq. Bizə qoşulmaq istəyən xanım və bəyləri saat 16.00-da Stadionun qarşısında gözləyəcəyik.”
“sumqayitxeber.com”-un baş redaktoru Eyvaz Qocayev də SDGT-ilə birgə futbol komandamıza dəstək verəcəklərini bildirib: “Məqsədimiz azarkeşlərin kütləvi şəkildə stadiona gəlib, şəhərimizin yeganə komandası olan “Sumqayıt Şəhər”ə  sona qədər dəstək olmasını təmin etməkdir. Gənclər təşkilatlarının azarkeşlər arasında olması çox sevindirici haldır. Xüsusilə də “Sağlam Düşüncə”  gənclər təşkilatının üzvləri ilə birgə stadionda olması müsbət haldır. Çünki bu təşkilat şəhər gəncləri arasında xüsusi nüfuza malikdir. Biz də çalışırıq ki, sosial şəbəkələr vasitəsilə gəncləri stadiona dəvət edək və futbolçularımız bu dəstəyi hiss etsinlər.”  Samir Məmmədov

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın