Menu
Geri İrəli

Sumqayıt şəhər Gənclər Idman İdarəsində jurnalistlər bir araya gəldi

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyul 2009 • Baxış sayı: 441 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt şəhər Gənclər Idman İdarəsində “22 iyul mətbuat günü” ilə əlaqədar jurnalistlərlə görüş keçirilib. Sumqayıt şəhərində fəaliyyət göstərən yazılı və elektron mətbuatın nümayəndələrini qəbul edən Sumqayıt şəhər Gənclər Idman İdarəsinin rəisi Musa Həsənov qeyd edib ki, artıq bir neçə ildir ki idarə mətbuat günü ilə əlaqədar gənc jurnalistlərlə görüş keçirir, mövcud problemlər və uğurlar müzakirə olunur: “Biz çalışırıq ki jurnalistlərlə əməkdaşlıq edək və lazımi informasiyaları vaxtında mətbuata çatdıraq. Bu məqsədlə biz sumqayit.gen.az saytını yaratmışıq ki mətbuat işçiləri idarəmizin fəaliyyəti ilə daha yaxından tanış olsunlar və lazım olan informasiyanı vaxtında alsınlar”
M.Həsənov mətbuatın uğurları ilə yanaşı problemlərinin mövcudluğunu da qeyd edib və gələcəkdə bu problemlərin aradan qalxacağına ümidvar olduğunu vurğulayıb.
“168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov və “sumqayitxeber.com” saytının baş redaktoru Eyvaz Qocayev də öz növbəsində Sumqayıt şəhər Gənclər Idman İdarəsinə göstərdikləri diqqətə görə minnətdarlıqlarını bildiriblər və qeyd ediblər ki, Sumqayıt şəhərində mətbuat üçün daha çox açıq olan qrum məhz bu idarədir.
Qeyd edək ki, “168 saat” , “Günəşli sabah” qəzetlərinin, “Dünya” TV-nin, “sumqayitxeber.com” online qəzetinin, Səs İnformasiya Agentliyinin və “Səs” qəzetinin əməkdaşlarının iştirak etdiyi görüşdə ümumilikdə 20-dən çox gənc jurnalist iştirak etmişdir.
Nuranə Abbasova

DSC03320 DSC03314

DSC03318 DSC03323

Facebook Şərhləndirmə:

Şərhinizi yazın