Menu
Geri İrəli

SUMQAYIT ŞƏHƏR GƏNCLƏR VƏ İDMAN BAŞ İDARƏSİNİN İDMAN XRONIKASI

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2010 • Baxış sayı: 452 dəfə • 1 şərh

1. STOLÜSTÜ TENNİS. 25-31 oktyabr 2010-cu il tarixlərində Türkiyənin Ankara şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Universitetlərinin I İdman Oyunlarında

iştirak edən şəhər idmançıları Billurə Eminova və Zərif Əliyeva qadınların komanda yarışında ikinci, Rüstəm Əliyev və Büllurə Eminova isə şəxsi yarışlarda üçüncü yerləri tutmuşlar.

2. SƏRBƏST VƏ YUNAN-ROMA GÜLƏŞİ. Analoji yarışda sərbəst güləş üzrə Ceyhun Əliyev (63kq) bürünc mükafata layiq görülmüşdür.30-31 oktyabr və 03-04 noyabr 2010-cu il tarixlərində “Alüminumçu” İdman evində müvafiq olaraq sərbəst və yunan-roma güləşi üzrə 1998-2000-ci il təvəllüdlü yeniyetmələr arasında şəhər birincilikləri keçirilmişdir.Birincilikdə Orxan Mirzəyev (26kq), Elşən Təhməzov (30kq), Nadir Hacıyev (34kq), Samir Qurbanov (38kq), Cəlal Nağıyev (42kq), Sadiq Qurbanov (46kq), Mehman Rzayev (50kq), Elton Mehrəliyev (69kq), Fuad Şahverdiyev (73kq) və İlham Mirəliyev (85kq) sərbəst güləş, Azər Muxtarlı (26kq), İsmayıl Paşayev (30kq), Zülfüqar Əliyev (34kq), Vüsal Məstiyev (38kq), Rəhman Alverdiyev (42kq), Nurlan Mehdiyev (46kq), Qəhrəman Yavərli (50kq), Vüsal Ismayılov (53kq), Nurxan Quliyev (59kq), Amil Əzizov (62kq) və Cəmil Məmmədov (66kq) isə yunan-roma güləşi üzrə qalib olmuşlar.

3. ŞAHMAT. Analoji tarixlərdə 3 saylı Uşaq Gənclər İdman Şahmat Dama Məktəbində “Müstəqillik günü”nə həsr olunmuş 8, 10, 12, 14, 16 yaşadək oğlan və qızlar arasında şəhər birinciliyi keçirilmişdir. Rəbbin İsmayılzadə (8 yaş), Hafiz Şirrinli (10yaş), Məhərrəm Cəfərov (12 yaş), Zaur Bayramov (14 yaş), Şövkət Səlimov (16 yaş) oğlanlar arasında, Mələk İsmayıl (8 yaş), Lamiyyə Hüseyinli (10 yaş), Ülkər Məmmədova (12 yaş), Rzabəyli Lalə (14 yaş) qızlar arasında birinciliyin qalibi olmuşlar.Şəhər yarışlarının qalib və mükafatçıları Baş idarənin fəxri fərmanı və hədiyyələri təltif olunmuşdur.

Mail Hümbətov

Sumqayt şəhər Gənclər və İdman

Baş İdarəsinin baş məsləhətçisi

Facebook Şərhləndirmə:

“SUMQAYIT ŞƏHƏR GƏNCLƏR VƏ İDMAN BAŞ İDARƏSİNİN İDMAN XRONIKASI” yazısına bir cavab

  1. BAHAR deyir:

    MASALLAH,HALAL OLSUN HAMISINA.DAHA DA BOYUK UGURLAR ARZULAYIRAMM

Şərhinizi yazın