Menu
Geri İrəli

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin İdman Xronikası

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2009 • Baxış sayı: 284 dəfə • Şərh yoxdur

1. YUNAN-ROMA GÜLƏŞI. 22-24 iyun 2009-cu il tarixlərində 1995-96-cı il təvəllüdlü oğlanlar arasında Şirvan şəhərinin açıq birinciliyi keçirilmişdir. Birincilikdə şəhər idmançılarından Rəhman Alverdiyev (32kq) və Islam Abbasov (53kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Elsevər Əhmədli (32kq) ikinci, Məhərrəm Musayev (32kq), Şamo Süleymanlı (35kq) və Söhbət Lətifov (47kq) isə üçüncü yerləri tutmuşlar.

2. V.M.H. Car ilin 23-26 iyun tarixlərində Qax rayonunda keçirilmiş “Vətənin Müdafiəsinə Haziram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının final mərhələsində şəhərin Oktay Ağayev, Emin Muxtarlı, Tural Şəfiyev, Mətləb Məmmədov və David Əsgərovdan ibarət komandası gümüş mükafata layiq görülmüşlr.

3. VOLEYBOL. 25-30 iyun tarixlərində Gəncə şəhərində keçirilən 1995-96-cı il təvəllüdlü qızlar arasında Azərbaycan birinciliyinin final mərhələsində şəhərin qızlardan ibarət yığma komandası yalnız finalda uduzaraq yarışın gümüş mükafatına layiq görülmüşdür.

4. TAEKVANDO. 24-25 iyun 2009-cu il tarixlərində taekvando bazasında keçirilmiş Azərbaycan Respublikası Gənclər və İdman Nzirliyinin yaranmasının 15 illik yubileyinə həsr olunmuş 1995-99-cu il təvəllüdlü yeniyetmələr arasında şəhər birinciliyində Əlfəddin İsayev (20kq), Aqil Məmmədov (22kq), Rüfət Rəsulzadə (24kq), Nurlan Cəfərov (27kq), Rübail Kərimov (30kq), Səməd Abdullazadə (33kq), Rahim Məmmədov (37kq), Pərvin Əliyev (41kq), Bəxtiyar Tağıyev (45kq), və Yusif Hüseynov (+45kq) qalib olmuşlar. Şəhər yarışının qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsinin fəxri fərman və hədiyyələri ilə təltif olunmuşdur.

                                                                                        Mail Hümbətov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın