Menu
Geri İrəli

Sumqayıt Şəhər Gününə hazırlaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Sentyabr 2012 • Baxış sayı: 182 dəfə • Şərh yoxdur

Sentyabrın 26-da Sumqayıtda “Şəhər Günü” keçiriləcək. Bu tədbirə hazırlıqlar hansı səviyyədədir? Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarovun verdiyi məlumata görə, bu il keçiriləcək “Şəhər Günü” daha maraqlı olacaq: “Təfərrüatlarını çox da açıqlamaq istəmirəm, amma anons olaraq söyləyim ki, “Şəhər Günü” münasibətilə Rusiyadan məşhur bir qrup dəvət olunacaq. Dövlət Rəqs Ansamblının çıxışı da nəzərdə tutulub.

Bu tədbirdə rayonlarımızda fəaliyyət göstərən müxtəlif musiqi kollektivləri iştirak edəcəklər. Təbii ki, şəhərimizin musiqi kollektivləri də “Şəhər Günü”ndə maraqlı proramla hamıya sevinc bəxş edəcək. Rəsmi keçiddən sonra motofristayl da təşkil olunacaq. Ötənilki kimi “Şəhər Günü”nün qeyd olunmasına Sumqayıtın qədim yaşayış məskəni olan Corat qəsəbəsindən başlanılacaq və tədbir yeni istifadəyə veriləcək Bayraq meydanında davam etdiriləcək”. Onun sözlərinə görə, hazırda qədim Corat qalasının bədii-tərtibat işlərini aparılır: “Ssenaridə gözlənilməz qonaqlar yenə də olacaq. Bilirsiniz ki, Roma sərkərdəsi Pompey Qafqazda olub, bu o deməkdir ki, ötənilki kimi, Pompey yenə tədbirimizin əsas “iştirakçı”larından biridir. Üstəlik dünya şöhrətli fransız yazıçısı Aleksandr Düma da Qafqazda – Azərbaycanda olub, odur ki, o da ssenarimizdə var və o, ölkəmizlə bağlı təəssüratlarını danışacaq. Tədbirin Coratdan başlanılmasının da öz səbəbləri – üstünlükləri var. Çünki bu qəsəbə 2000 il yaşı olan bir insan məskənidir və buranın təbliğatı baxımından çox vacibdir”  ZAMAN.AZ

Facebook Şərhləndirmə:

Şərhinizi yazın