Menu
Geri İrəli

Sumqayıt şəhər məhkəməsi polis idarəsində işgəncə faktı rəsmən tanındı

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyul 2010 • Baxış sayı: 257 dəfə • Şərh yoxdur

İşgəncə faktının tanınması barədə məhkəmə qərarı qüvvəsində qaldı

42Apellyasiya məhkəməsi prokurorun protestini təmin etmədi

Bu barədə sayta işgəncə qurbanının vəkili, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Əsabəli Mustafayev məlumat vermişdir. Onun sözlərinə görə bir müddət əvvəl Sumqayıt şəhər məhkəməsi polis idarəsində saxlanarkən P.R.-nin işgəncələrə məruz qalması faktını rəsmən tanımışdır. Bu qərardan narazı qalan şəhər prokuroru apellyasiya protesti vermişdir. Protestə Sumqayıt Apellyasiya Məhkəməsində hakim İlham Həsənovun sədrliyi ilə baxılmış və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanmışdır. Qərardan prokurorun narazı qalması başadüşüləndir. Çünki polisdə tədqiqata və istintaqa prosessual rəhbərliyi o həyata keçirdiyindən, bu zaman baş vermiş qanun pozuntularına görə məsuliyyət daşıyır. Bundan başqa, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) E.Süleymanova  bir müddət əvvəl Baş Prokurora müraciət  edərək bu işgəncə faktı ilə bağlı araşdırma aparılmasını və müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Həmin müraciət üzrə araşdırmanı aparmış Sumqayıt şəhər prokurorluğu işgəncə faktının təsdiq olunmaması və bununla əlaqədar cinayət işinin başlanmasından imtina edilməsi barədə qərar qəbul etmişdir. Qərar  Baş Prokurora, Ombudsmana və şikayəti vermiş vəkilə göndərilmişdir. Bu tərəfdən isə gözlənilmədən məhkəmə işgəncə faktını rəsmən tanımışdır. İndi qəribə situasiya yaranıb: bir hal üzrə bir-birini təkzib edən iki rəsmi qərar vardır. Digər tərəfdən, məhkəmə qərarına görə işgəncə faktının araşdırılması şəhər prokurorluğuna həvalə olunmuşdur. Bu qurumda aparılacaq yeni araşdırmanın ədalətliyi və obyektivliyi indidən şübhəlidir, onun nəticələrinin əvvəlkidən fərqlənəcəyi inandırıcı deyildir. Çünki işgəncə faktının təsdiqi bundan əvvəlki araşdırmanı keyfiyyətsiz aparmış, prosessual rəhbərlikdə səhvlərə yol vermiş prokurorluq işçilərinin məsuliyyəti məsələsini gündəmə gətirəcəkdir. Ə.Mustafayevin sözlərinə görə o bu amilləri nəzərə alaraq  araşdırmanın digər orqana göndərilməsinə cəhd edəcəkdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın