Menu
Geri İrəli

Sumqayıt şəhər məktəblilərarası debat turnirinə yekun vurulub

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2010 • Baxış sayı: 160 dəfə • Şərh yoxdur

Dekabrın 4-5-də Sumqaytda, 31 saylı orta məktəbdə ”Sağlam Düşüncə” Gənclər Təşkilatının Vətəndaş cəmiyyətində debat IB, AR Gənclər və İdman Nazirliyi, Sumqayıt Şəhər Gənclər İdman Baş İdarəsi, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondunun dəstəyi ilə təşkil etdiyi Sumqayıt şəhər Məktəblilərarası IV Debat Natiqlik Kuboku öz sahibini çox gözlətmədi.
10 məktəbin 24 komanda ilə təmsil olunduğu və 10 məşqçi, 9 hakimin iştirakı ilə keçən turnirin mövzusu “Qadınlara qarşı edilən Gender əsaslı Zorakılığın aradan qaldırılmasında əsas məsuliyyəti kişilər daşıyır” olub. Mövzunun təsdiq və ya inkarını sübut etməyə çalışan 24 komandadan yalnız 8-i finala vəsiqə qazanıb. Kubokun sahibi isə finalda “DiViEs” komandasını məğlub edən “Skarpion” olub. Turnirdə fərqlənən 3 komanda 11-12 dekabrda Bakıda təşkil olunacaq Respublika Debat Turnirində iştirak edəcək. Bundan başqa, bu turnirin ən yaxşı spikerlərindən ibarət təşkil olunacaq komanda da respublika turnirinə vəsiqə qazanacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın