Menu
Geri İrəli

Sumqayıt şəhər Mərkəzi Kitabxanansının saytında problem yaranıb

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2012 • Baxış sayı: 153 dəfə • Şərh yoxdur

Artıq bir neçə gündür ki, Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxananın www.sumlib.az ünvanlı rəsmi saytına daxil olmaq olmur. Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova “sumqayitxeber.com” saytına açıqlamasında bildirib ki, yaranmış problem saytın yerləşdiyi serverlə bağlıdır və yaxın günlərdə “sumlib.az” saytı öz fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, istifadəçilər sayta daxil olmaqla Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə bağlı materiallar əldə edə bilər, “Elektron kataloq” və “Elektron kitabxana” vasitəsilə kitabxana fondunda olan ədəbiyyatlardan istifadə imkanları vardır. Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxana 1958-ci ildən fəaliyyət göstərir. Kitabxananın nəzdində 6 şöbə fəaliyyət göstərir. Fondu 145 min nüsxə, oxucusu 5500 nəfər, kitab verilişi 169 min nüsxədir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın