Menu
Geri İrəli

Sumqayıt şəhər polis idarələrində monitorinq keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2010 • Baxış sayı: 234 dəfə • Şərh yoxdur
Share Button

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Yasamal rayon Polis İdarəsinin və Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma məntəqələrində monitorinq keçirib. Bu barədə APA-ya xəbər verən hüquq müdafiəçisi monitorinq zamanı ciddi nöqsan aşkarlanmadığın bildirib: “Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlanma məntəqəsində Gürcüstan vətəndaşları saxlanılırdı. Onlar evlərdən oğurluq etməkdə təqsirləndirilirlər. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan şəxslərin də şikayətləri olmadı. Vəziyyət normal idi”.

Komitə sədri Sumqayıt şəhərində vətəndaşlar arasında “Vətəndaşların polisə münasibəti” mövzusunda sorğu keçirdiyini söyləyib: “Sorğu zamanı vətəndaşların polisə normal münasibətlərinin olduğunun şahidi oldum”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın